Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göyçayda “Qazel” aşdı - Yaralılar var
Tarix: 19-09-2016 | Saat: 21:25
Bölmə:Karusel / Hadisə | çapa göndər

Göyçayda “Qazel” aşdı - Yaralılar var

Göyçay rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Xəbəraz.az "-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndi ərazisində qeydə alınıb.

“Qazel” markalı yük avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildəki şəxslər-Bəydövül kənd sakinləri, 1986-cı il təvəllüdlü Babayev Adil Səmid oğlu, 1988-ci il təvəllüdlü Babayev Sənan Sərkər oğlu və Kürdəmir rayon sakini 1970-ci il təvəllüdlü Əhmədov Vəfadar Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___