Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
18 yaşlı qız 3 ildir əl-ayağı bağlı halda yaşayır...
Tarix: 19-09-2016 | Saat: 14:39
Bölmə:Karusel / Maraqlı | çapa göndər

18 yaşlı qız 3 ildir əl-ayağı bağlı halda yaşayır...

Suriyada körpə ikən keçirdiyi qızdırmadan sonra psixoloji problemlər yaşayan, 3 il əvvəl isə bombardmanların təsirindən ətrafına zərər verməyə başlayan 18 yaşlı Emel Ganim yetimlər və dullar üçün yaradılmış düşərgədə əl-ayağı bağlı halda yaşayır.
"Xəbəraz.az " moderator.az-a istinadən xəbər verir ki, ölkənin ən böyük ticarət mərkəzi olan Hələb şəhərində 18 il əvvəl dünyaya gələn Emel Ganim bir yaşındaykən qızdırmı xəstəliyi keçirib. Suriyada müalicə üçün xəstəxanalara aparılan Emel 5 yaşına çatanda atası törətdiyi bir cinayətə görə Şamda həbsxanaya düşür. Hələbdə həyatını davam etdirən ailə ölkədə başlayan müharibədən sonra çətin günlər yaşayır.

Psixoloji problemlər yaşayan və müalicəsi gecikdirilən Emelin törədilən partlayışlardan sonra qorxuları daha da artır. Ganim ailəsi bir müddət sonra daha etibarlı olduğu üçün Türkiyə sərhəddindəki Azez mahalına getməyə qərar verir. Ailənin uşaqlarından biri Hələbdəki qohumlarının yanında qalıb, bir uşağı isə vəfat edib. İŞİD Azezi ələ keçirdikdən sonra isə yardım təşkilatları Emelin anası ilə bir qardaşını yetim və dullar üçün yaradılan Dahidşuhaday düşərgəsinə yerləşdirib.

Sağlamlıq vəziyyəti gün keçdikcə pisləşən Emelin ətrafa zərər verdiyinə görə əl və ayaqları bağlanıb. Emelin ailəsi uşaqlarının müalicəsi üçün onlara uzanacaq kömək əlini gözləyirlər.
Ana Abir Ganim qızının 1 yaşındaykən keçirdiyi qızdırma xəstəliydən sonra fiziki inkişafının gerilədiyini, aradan keçən müddətdə baş verən vətəndaş müharibəsinin qızına daha da pis təsir etdiyini söyləyib. Ana 18 yaşında olmasına baxmayaraq, kiçik bir uşağı xatırladan qızının müalicəsinə ara verildiyindən nəzarət edilə bilməz hala gəldiyini vurğulayıb.

Özünə və ətrafındakılara zərər verən qızını bağlamaq məcburiyyətində qaldığını dilə gətirən ana bunları qeyd edib:

"Həyat yoldaşım 13 il əvvəl törətdiyi bir cinayətə görə hələ də Şamda həbsxanada yatır. Uşaqlarım atasız olmanın çətinliklərini yaşayırdı. Emel hələ balaca olanda bir xəstəlik keçirdi. Əslində, o tarixdən sonra hər zaman psixoloji problemlər yaşadı, ancaq 3 il əvvəl narahatlığı ciddi həddə çatdı, öz-özünə zərər verməyə başladı. Çətin zamanlar yaşadıq. Düşərgədəki digər uşaqlara da zərər verməyə başlayınca onu bağlamaq məcburiyyətində qaldım. Əvvəl ayağından bağladım, ancaq əllərini başına çırpmağa davam edirdi. Bu səbəblə əllərini də arxadan bağlamağa başladım. Yeməyini yedizdirərkən və şəxsi ehtiyaclarını ödəməsi üçün əllərini açıram. Uşağını bağlamaq bir ananın dözə biləcəyi hadisə deyil. Ancaq özünə və digər uşaqlara zərər verməməsi üçün buna məcburam".


Xəbəri paylaş

6658 dəfə oxunub.

Digər xəbərlər
11-09-2015, 01:29 Bu toy yasa döndü

bütün xəbərlər
____ Instagram ___