Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Reyhan – təbiətin aptekindən gələn dərman
Tarix: 17-09-2016 | Saat: 23:38
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Reyhan – təbiətin aptekindən gələn dərman

Reyhan - həqiqətdə müalicəvi bir bitkidir. Çalışın ki, mənzilinizdə həmişə rehyan olsun.

Reyhan mədə turşusunu azaldır.
Əgər mədənizdə yanğı, qaz, mədə turşuluğu varsa, reyhana etimad edə bilərsiniz. Reyhan mədə şirəsinin miqdarını artırar, qida həzminə yardım edər. Bu iyli tərəvəz qaraciyər üçün də faydalıdır.

İstifadə qaydası.
İki damcı reyhan şirəsinə bal və ya zeytun yağı qarışdırın. Onu azğınıza qoyun. Reyhanın özündən də istifadə edə bilərsiniz. Bir neçə yarpağını qırıb suda qaynadın və sonra da onu içməyə çalışın.
Bunu bilmək lazımdır ki, gün ərzində reyhan suyundan 4 damcıdan çox istifadə etmək olmaz. Uşaqlar və ya hamilə qadınlar ondan istifadə etməsinlər.

Reyhan qıc olmağa qarşı dərmandır.
Reyhan suyu qıc olmağa yardım edir və əzələ ağrılarını sakitləşdirir. Bu bitkinin suyu qan dövranını yaxşılaşdırır. O zaman ki, qan bədənimizdə yaxşı dövr edər, əzələ yorğunluğu az olar.
Reyhanın bir neçə damcısını ağrıyan əzələnizə sürtün. Ancaq əvvəl dərinizin bir hissəsində yoxlayın. Ola bilsin ki, dəriniz ona həssas olsun.

Reyhan spazmanı götürür.
Reyhanın suyu həzm sistemində olan spamazları aradan qaldırmaqda çox məşhurdur. Bu bitki hormon çətinliyi olan qadınlar üçün də faydalıldır.
İstifadə qaydası.
İki damcı rehyanı qarın nahiyəsinə sürtün və masaj edin.

Reyhan yorğunluğu götürər.
Rehyan yorğunluqdan əziyyət çəkənlər üçün də faydalıdır. Səhər yeməyini kamil şəkildə yedikdən sonra bir neçə reyhan yarpağını suda qaynadın və onu için. Əgər gecə içilərsə, rahat yatmğınıza yardım edər.

İstifadə qaydası.
Ağır yeməkdən və ya ağır gündəlik işlərdən sonra bir neçə reyhan yarpağını qaynadıb içsəniz faydalı olar. Ancaq bu bitkidən istifadə edən zaman həddi aşmamaq lazımdır Çünki xərçəng xəstəliyi üçün şərait yarada bilər. Əgər bu bitkinin suyundan istifadə edirsinizsə, 8 gündən çox istifadə etməyin.

Reyhanın tərkibində anti-oksidan vardır.
Bu bitki bədənə ziyan vuran virusların sayını məhdud edir. Xüsusilə də ürək xəstəlikləri üçün faydalıdır. Bu bitki sizi tez qocalmaqdan və ya dəri xəstəlikləridən hifz edə bilər.
İstifadə qaydası.
Bir neçə reyhan yarpağını qaynadın və için.

Yenə qeyd edirik ki, gün ərzində 4 damcıdan artıq reyhan suyu qəbul etmək olmaz. Əgər qaynadılmış halda davamlı olaraq, qəbul edirsinizsə 8 gündən artıq onu içməyin.


Xəbəri paylaş

2 9038 dəfə oxunub.

Digər xəbərlər
4-11-2016, 18:45 ANS-dən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___