Dünyanı pulsuz gəzmək istəyən türklər Azərbaycanda
Tarix: 16-09-2016 | Saat: 22:51
Bölmə:Karusel / Hadisə / Maraqlı | çapa göndər
Dünyanı pulsuz gəzmək istəyən Türkiyə vətəndaşları Deniz Akden və Kadır Batuhan Azərbaycana gəliblər. Çətin və macəralarla dolu səyahətə çıxan gənclərin əsas məqsədi pulsuzluğun arzuların gerçəkləşdirilməsi üçün maneə olmadığını göstərməkdir.
"Xəbəraz.az " xəbər verir ki, avtostopla dünya səyahətinə çıxan gənclər Gürcüstandan sonra Azərbaycanın turizm məkanları ilə tanışlığa başlayıblar.
Sentyabrın əvvəlindən ölkəmizdə olan Deniz Akden və Kadır Batuhan daha çox bölgələri gəzərək, təbiətdən zövq almağa üstünlük verirlər.
Ölkəmizdə avtostopla səyahət populyar olmasa da, pulsuz səyahətə çıxan qardaş ölkə vətəndaşlarını yolda qoymayıb köməklik etmək istəyənlərin sayı çox olur. Piyada və ya avtomobillə hərəkət edən yolçular əsasən özləri ilə daşıdıqları çadırda gecələyirlər. Amma qonaqpərvərlik göstərib evə dəvət edən yerli sakinlərə də etiraz etmirlər.
Azərbaycanın bir çox yerini, o cümlədən Qubanı gəzib-dolaşan səyyahlar yerli sakinlərin onlara münasibətindən çox razı qaldıqlarını bildiriblər.
Avqust ayında Türkiyədən səyahətə başlayan səyyahlar Azərbaycandan sonra İrana gedəcəklər. Hindistan, Çin, Yaponiya, Kanada, ABŞ səyahət edəcəkləri ölkələr sırasındadır.
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər

24-02-2016, 09:28
Sosial yardım üçün elektron xidmət istifadəyə verildi - VİDEO
21-12-2016, 17:37
Putin qətlə yetirilmiş səfirə "Rusiya qəhrəmanı" adı verdi
14-11-2020, 10:30
"Məni qızımın corabı ilə dəfn edin" - Əsgərimizin vəsiyyəti
5-05-2016, 21:55
Rusiyadan Davudoğlunun istefasına - Reaksiya
12-02-2016, 14:32
İmkansızlıqdan -İki yaşlı uşağı anası özü küçəyə atıbmış
6-01-2017, 11:25
Qardaşı bacısının gözü qarşısında öldürdülər - BAKIDA - TƏFƏRRÜAT
11-11-2017, 12:28
Sabaha olan hava proqnozu
26-03-2016, 15:57
Bakı metrosunda şok olay: təhlükəli şəxs ələ keçdi
19-08-2022, 11:41
Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: “Özündə deyildi, dedi ki, “uçuram” - FOTO