Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatın maşını cərimə meydançasına aparıldı - 5 minlik cəriməsi var
Tarix: 16-09-2016 | Saat: 20:22
Bölmə:Karusel / Hadisə | çapa göndər

Deputatın maşını cərimə meydançasına aparıldı - 5 minlik cəriməsi var

İki gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb isə həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır

"Xəbəraz.az " avtosfer.az-a istinadən xəbər verir ki, həmin avtomobil Milli Məclisin xanım deputatlarından birinin şəxsi maşını olub. Sürücü tərəfindən idarə olunan nəqliyyat vasitəsinin ödənilməyən cərimələrinin miqdarı isə 5 min manatı aşıb.

Millət vəkilinin kimliyi barədə dəqiq məlumat verilməsə də, onun avtomobilinin bir gün cərimə meydançasında saxlanıldığı bildirilir. Məlumata görə, xanım deputat cərimələrin bir qismini ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara bilib. Onun avtomobili ilə törədilən qayda pozuntuları arasında sürət həddini aşma çoxluq təşkil edir.

Qeyd edək ki, yol polisi son vaxtlar ödənilməyən cərimələrlə bağlı ciddi addımlar atır. Daha dəqiq desək, yeni DYP avtomobillərində quraşdırılan "E-patrul" sistemi vasitəsilə ödənilməyən cəriməsi olan sürücüləri və avtomobilləri aşkar etmək daha da asanlaşıb. Son dövrlər isə cərimələri ödəməkdən yayınan kifayət qədər tanınmış məmurların, iş adamı və şou-biznes nümayəndələrinin avtomobilləri yol polisi tərəfindən cərimə meydançasına aparılıb. Yalnız cərimələr ödənildikdən sonra avtomobil buraxılır. Artıq bu məsələdə heç kimə güzəşt edilmir.


Xəbəri paylaş

7858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___