Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gəncədə qeyri-adi hadisə - FOTO
Tarix: 16-09-2016 | Saat: 18:17
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Gəncədə qeyri-adi hadisə - FOTO

Həyatda qeyri-adi hadisələr tez-tez baş verir. Nə bilim, insan sifətli quzu, altı ayaqlı keçi, iki başlı buzov və s... Hərənin bir cür yozduğu bu kimi anormal halla Gəncədə Kazımovlar ailəsi qarşılaşıb. Mütəxəssisin də məsələyə elmi açıqlaması var.

"Xəbəraz.az " Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə olan bu qeyri-adi görünüşlü yumurtalar ətrafda olan hər kəsi heyrətləndirir. Quyruqlu yumurta, sanki, insan rüşeymini xatırladır. Görənlər onu butaya da bənzədir.

Ülviyyə Kazımova - Gəncə sakini: "Qeyri adi haldır, ilk dəfədir rastlaşıram. Xeyli toyuğumuz var, hər gün yumurta götürürəm, amma bilmirəm hansı toyuğun yumurtasıdır. Möcüzədir".
Toyuğunun yumurtasını möcüzə sayan sakindən fərqli olaraq mütəxəssis bunu anormal hal hesab edir. Yəni quşlarda müşahidə edilən patoloji dəyişkənliklə bağlayır.

Mahir Hazıyev - mütəxəssis: "Belə yumurtaların əmələ gəlməsinə quşlarda yumurta borusu xəstəliklərinin yaranması səbəb olur. Bu da yemləmə, bəsləmə faktoruyla bağlı olur. Quşlarda müəyyən mineral maddələrin çatışmazlığı zamanı yumurta borusunda yaranan xəstəlik nəticəsində buna bənzər formalarda yumurtalar əmələ gəlir".

Odur ki, Kazımovlar bəslədikləri quşlarını baytara göstərsələr yaxşı olar. Çünki toyuqda xəstəlik davam etdiyi müddət ərzində bu halla təkrar qarşılaşa bilərlər.
Mütəxəssis qeyri- adi görünüşə malik bu yumurtanın daxilində də müəyyən çatışmazlıqlar ola biləcəyini istisna etmir - İki sarılı və ya sarısız ola bilər.

Gəncədə qeyri-adi hadisə - FOTO
Gəncədə qeyri-adi hadisə - FOTO


Xəbəri paylaş

1 0118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___