Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Universitetlər Bakıdan köçürülsə: İtki və qazanclar
Tarix: 15-09-2016 | Saat: 19:02
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Universitetlər Bakıdan köçürülsə: İtki və qazanclar

Qəbələ ölkənin “təhsil paytaxtı”na çevrilir

Nadir İsrafilov: “Gənclər elə həmin regionda da işlə təmin olunmalıdır”

Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək. Məlumatda bildirilir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir. Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.

Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir. Qeyd edək ki, dünyanın böyük meqapolislərində ali təhsil müəssisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır. Təhsil Nazirliyindən bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciklərin yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.

Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar fəaliyyət planı hazırlanır. Fəaliyyət planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”.

Hökumət sıxlığı azaltmaq istəyir

Qeyd edək ki, 1898-ci ildən bu günədək Bakı şəhərinin 4 baş planı hazırlanıb. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub. Həmin sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. 2005-ci ildən isə “Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlanmasına başlanıb. “Böyük Bakının regional inkişaf planı” adlı kompleks layihələr Dünya Bankının (DB) ayırdığı 4 milyon və Azərbaycan hökumətinin ayırdığı 1 milyon dollar kredit hesabına maliyyələşir. Onu da vurğulayaq ki, DB 2008-ci ildə sənədi maliyyələşdirməkdən imtina etmişdi. Buna səbəb kimi, qurumun planı real qəbul etməməsi göstərilirdi. Plan 2030-cu ili hədəfləyir.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt və Böyük Şor gölünün ərazilərində yeni ali təhsil müəssisələrinin yaradılması üçün ərazilər ayrılacağı barədə məlumat yaymışdı. Eyni zamanda gələcəkdə şəhərdə sıxlığı azaltmaq üçün bəzi ali təhsil müəssisələri şəhərdən kənara köçürüləcək və yeni universitetlərin yaradılması üçün yerlər ayrılacaq.

Təhsil eksperti Nadir İsrafilov “Cümhuriyət”ə bildirib ki,Qəbələ son zamanlar Azərbaycanın ən tanınmış regionuna çevrilib:



“Buna görə də universitetlərin o əraziyə köçürülməsində problem görmürəm. Hazırda müxtəlif qurumlar tərəfindən universitetlərin reytinqi açıqlanır. Azərbaycanın 1-2 universiteti bu siyahıda yer tutub. Dünyanın ən reytinqli universitetləri kampus sistemində fəaliyyət göstərir. Yəni, ayrıca şəhərcik formasında fəaliyyət göstərir. Tələbənin oxumaqdan başqa dərdi, əlavə yükü yoxdur. Hesab edirəm ki, reytinqli universitetlərdə təhsilin keyfiyyətinin yüksəlməsində ali məktəblərin kompus şəraitində fəaliyyət göstərməsidir. Azərbaycandakı kimi tələbələr kirayə haqqı ilə, kitabxana və digər sosial problemlərlə məşğul olmur. Azərbaycanlı tələbənin fikri-zikri ucuz qiymətə kirayə mənzil axtarmağa və digər məsələlərə yönəlir.Paytaxtda 2-3 ali məktəb yan-yana şəhərin mərkəzində yerləşir. Burada hansı təhsildən söhbət gedə bilər? Ümumilikdə şəhərin mühiti pozulub. Əgər istəyiriksə, keyfiyyətli təhsildən danışaq, tələbələr üçün əlverişli şərait yaradaq, o zaman bu məsələlər gec-tez öz həllini tapmalıdır. Bu stimullaşdırıcı tədbir olaraq təhsilin keyfiyyətinə də çox böyük təsir göstərə bilər. Dünya ölkələrində dövlət tərəfindən özəl universitetlərə pulsuz torpaq sahələri, müəyyən qrantlar ayrılır. Harvard universiteti iki fakültədən ibarət bir kollec idi. Amma onu bir iş adamı götürüb maliyyələşdirdi. İndi bu ali təhsil müəssisəsi dünyanın ən qabaqcıl universitetlərindən biridir”.

“Bu problem həllini taparsa...”

Universitetlər köçürüldüyü təqdirdə tələbələrin yataqxana problemi necə həll olacaq? Ekspert sovet dövründə universitetlərin böyük əksəriyyətinin yataqxanalarının olduğunu qeyd edib: “Tələbələrin böyük faizi bu yataqxanalarda yerləşdirilirdi. Müəyyən bir qismi də öz qohumlarının evində qalırdı. Son illər məlum Qarabağ hadisəsindən sonra universitetlərin yataqxanalarında məcburi köçkünlər məskunlaşdı. Bir müddət bu səbəbdən universitetlərin ciddi yataqxana problemi oldu. Bu problem hələ də həllini tapmayıb. O da məlumdur ki, indi dövlət universitetləri ödənişli təhsilə keçib. Ödənişli təhsillə yanaşı, kirayə haqqı tələbəyə əlavə problem yaradır.Köçürülmə olduğu təqdirdə həm Bakıda, həm də rayonlarda yaşayan tələbələrin yataqxanaya ehtiyacı olacaq. Bu məsələlər ancaq universitetlər kampus şəklində fəaliyyət göstərdiyi təqdirdə həllini tapa bilər. Həmçinin universiteti bitirən gənclər elə həmin regionda da işlə təmin olunmalıdır. Bu problemlər həllini taparsa, təhsildə müsbət dəyişikliklər gözləmək olar”.


Xəbəri paylaş

8778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___