Ucarda gənc müəmmalı şəkildə xəstəxanada öldü
Tarix: 14-09-2016 | Saat: 22:56
Bölmə:Karusel / Hadisə | çapa göndər
Ucar sakini xəstəxanada ölüb.
APA-nın məlumatına görə, hadisə bu gün Ucar Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.
Rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Rəhim Polad oğlu Ələkbərov xəstəxanada dünyasını dəyişib. Yaxınlarının sözlərinə görə, sağlam vəziyyətdə xəstəxananın təcili tibbi yardım stansiyası daxil olan R. Ələkbərov həkimin səhlənkarlığı nəticəsində dünyasını dəyişib.
Təcili tibbi yardım stansiyasının həkimi Ramil Tağızadə gecə saat 03:00 radələrində Ələkbərovun xəstəxanaya daxil olduğunu, ona lazımı tibbi yardın göstərildiyini və xəstəliyin ciddi olması barədə yaxınlarına məlumat verildiyini bildirib. Həkimin sözlərinə görə, Ələkbərovun yaxınları xəstəliyin ciddi olmadığını düşünərək onu evə aparıblar. Səhər saat 09:30 radələrində mərhum yenidən xəstəxanaya gətirilib. Ona ilkin yardım göstərilib, analizlər götürülüb. Analizlərin nəticəsinə görə, onun ağ ciyər vərəmi olduğu ehtimal olunduğundan vəziyyətin ciddiliyini nəzərə alınaraq o, reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səyinə baxmayaraq R. Ələkbərov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
6348 dəfə oxunub.
Digər xəbərlər

28-05-2019, 16:48
Cərrah stolunda bu dəfə tanınmış həkim can verdi-"Əri infakt keçirdi"
25-02-2021, 22:27
Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü
23-08-2016, 09:40
Türkiyə İŞİD-i raket atəşinə tutdu — SON DƏQİQƏ
25-01-2020, 18:22
Sumqayıtda mənzildə qadın meyiti tapıldı
21-01-2018, 14:49
Sabahın Havası
21-05-2015, 13:30
Mətanətlə bağlı ATV rəhbərliyinin - Açıqlaması
5-12-2016, 15:01
Pakistandan Azərbaycana ÇAĞIRIŞ
23-04-2017, 16:28
Messinin "El Clasico"da qaçmaqla arası yoxdur