Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? - TƏFƏRRÜAT
Tarix: 14-09-2016 | Saat: 20:53
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakıda keçmiş məmur gözətçisini niyə güllələdi? - TƏFƏRRÜAT

3 gün əvvəl Bakıda gözətçinin ev sahibi tərəfindən güllələnməsi hadisəsinin maraqlı təfərrüatı üzə çıxıb.

"Xəbəraz.az " lent.az-a istinadən bildirir ki, təqaüdçü olan Vidadi Quliyev Ləhiş bağlarındakı evində gözətçilik edən Elşad Kazımovla şəhərdəki kafelərdən birində yeyib-içib. Daha sonra evə gedən hər iki şəxs burada yolüstü aldıqları pivəni də içiblər. Bundan sonra isə hələlik dəqiqləşməmiş səbəblərdən E.Kazımov əsəbləşməyə başlayıb və onun hər kəsə hörmət etdiyini, hamının da ona hörmət göstərməli olduğunu deyib. E.Kazımov hörmətsizlik edən şəxslərin ünvanına ağır ifadələr işlədib. V.Quliyev özündən yaşca kiçik olan Elşadı qucaqlayaraq onu sakitləşdirməyə çalışıb və ondan konkret kimi söydüyünü soruşub. İçkinin təsiri altında olan E.Kazımov konkret olaraq V.Quliyevi söyüb və onu boğmağa başlayıb.


Bakıda ev sahibi gözətçisini güllələdi - YENİLƏNİB
V.Quliyev E.Kazımovun əlindən çıxan kimi belindəki tapançanı çıxarıb və ona atəş açıb.

Bildirilir ki, öz evinin gözətçisini güllələyən V.Quliyev əvvəllər xüsusi təyinatlı idarələrdən birində vəzifədə olub.

Faktla bağlı araşdırma aparılır.






Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___