Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Biz yeni 2016-2017-ci il tədris ilinə nikbin baxırıq”.
Tarix: 14-09-2016 | Saat: 19:01
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

“Biz yeni 2016-2017-ci il tədris ilinə nikbin baxırıq”.


"Xəbəraz.az "-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Təhsil Nazirinin sözlərinə görə, son 3 ildə buraxılış və qəbul imtahanlarının nəticələrinin daha da yüksəlməsi, təhsilin keyfiyyətinin artması müşahidə edilir: “Bundan başqa, ölkəmizin təhsil sisteminin maddi texniki bazası gücləndirilir və bu, artıq ənənə halını alıb”.


Nazir deyib ki, sentyabrın 15-dən ölkədə yeni 29 məktəb istifadəyə veriləcək: “Bu məktəblərin 7-si Təhsil Nazirliyi tərəfindən tikilib. 384 məktəbdə cari təmir işləri başa çatdırılıb. 101 məktəbdə əsaslı təmir işləri yekunlaşıb. Bundan başqa yeni tədris ilindən artıq Fransız-Azərbaycan Universiteti də fəaliyyətə başlayacaq. Bu gün açılışı olan İT STEP akademiyası XXI əsrin peşə təhsil müəssisəsi sayılır və İT sahəsində mütəxəsssilərin hazırlanması ilə məşğul olacaq. Cari ildə Balakəndə və Mərdəkan qəsəbəsində yerləşən 2 internat məktəbi də təmir olunub. Sabah açılışı gözlənilir.

M.Cabbarov qeyd edib ki, bu il 2500-ə yaxın yeni gənc müəllim ölkənin müxtəlif məktəblərində fəaliyyətə başlayacaq. Regionlardakı 200-dən artıq məktəbə yeni direktorlar təyin edilib. Onlarla Bakı məktəblərinə yeni direktorlar təyin olunub.


Xəbəri paylaş

8838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___