Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
NATO və ABŞ-a GÜC NÜMAYİŞİ – Yeni hərbi blok yaradılır
Tarix: 14-09-2016 | Saat: 15:50
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər

NATO və ABŞ-a GÜC NÜMAYİŞİ – Yeni hərbi blok yaradılır

Avropa Birliyinə üzv ölkələrin müdafiə imkanlarının uyğunlaşdırılması üçün vaxt gəlib.

"Xəbəraz.az " xəbər verir ki, bunu Avropa Parlamentinin plenar iclasında çıxış edən Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

“Lissabon müqaviləsi Avropa Birliyinin üzvlərinə müdafiə imkanlarını daimi struktur formada birləşdirməyə imkan verir. Hesab edirəm ki, bu imkandan istifadə etmək vaxtı çatıb”, - o, vurğulayıb.

Yunkerin sözlərinə görə, müdafiə sahəsində Avropa Birliyi ölkələri arasında əməkdaşlığın həcmi cəmi 20 milyon avrodan 100 milyon avroya qədərdir və kifayət etmir: “Müdafiənin möhkəmliyinə zəmanət vermək üçün Avropanın müdafiə sənayesi öz qabiliyyətini sübut etməlidir. Buna görə də tədqiqatları və innovasiyaları fəal şəkildə stimullaşdırmaq üçün ilin sonuna kimi Avropa Müdafiə Fondunu yaratmağı təklif edəcəyik”.

Siyasətçi həmçinin vahid qərargahın yaradılmasını təklif edib. Onun sözlərinə görə, Avropa İttifaqı “bir dövlətdən” və ya ayrı-ayrı ölkələrin hərbi imkanlarından asılı ola bilməz.
Publika.az


Xəbəri paylaş

5048 dəfə oxunub.

Digər xəbərlər
5-06-2018, 10:43 Cəbhədən SON XƏBƏR

bütün xəbərlər
____ Instagram ___