Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənc güləşçilərimiz Antalya sınağında / HEYƏT
Tarix: 20-05-2015 | Saat: 18:45
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Gənc güləşçilərimiz Antalya sınağında / HEYƏT




Xeberaz.az Azərbaycan güləş federasiyasının saytına istinadən xəbər verir ki, 22-24 may 2015-ci il tarixdə Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir keçiriləcək. 3 gün davam edəcək turnirdə hər üç yığma komandamızın üzvləri iştirak edəcək.

Yunan-Roma güləşi üzrə yığma komanda böyük məşqçi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında turnirdə iştirak edəcək. Heyətdə Nofəl Babayev (50 kq), Mikayıl Rəhmanov (55 kq), Murad Məmmədov, Kərim Cəfərov (hər ikisi 60 kq), Ruhin Mikayılov, İslambek Dadov (hər ikisi 66 kq), Sənan Əlimirzəyev, Şəmistan Quluzadə (hər ikisi 74 kq) və Cavid Feyziyev (120 kq) yer alıb.

Sərbəst güləş üzrə gənc qızlardan ibarət yığmanın heyətində Türkan Nəsirova (44 kq), Arzu Əliyeva, Leyla Qurbanova (hər ikisi 51 kq), Almaz İsmayılova (55 kq), Raqnetta Qurbanzadə, Elis Manolova (hər ikisi 67 kq) və Səbirə Əliyeva (72 kq) yer alıb. Komandaya böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayev rəhbərlik edir.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərliyi altında turnirə yollanan sərbəst güləş üzrə gənclərdən ibarət yığmanın heyətində 8 güləşçi yer alıb. Yarışda ölkəmizi Şəhriyar Salmanov (50 kq), Mahir Əmiraslanov, Əfqan Xaşalov (hər ikisi 55 kq), Vurğun Əliyev (60 kq), Teymur Məmmədov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq) və Turxan Qurbanov (96 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov iştirak edəcək.


Xəbəri paylaş

5728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___