Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təhsil krediti: kirayə haqqını da vermək mümkün olacaq
Tarix: 08-09-2016 | Saat: 21:04
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Təhsil krediti: kirayə haqqını da vermək mümkün olacaq

"Dünyada təhsil krediti məsələsi aktualdır. O cümlədən Azərbaycanda da artıq bu gündəmə gəlməkdədir".
"Xəbəraz.az " atv.az-a istinadən bildirir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib: "Bakalavr pilləsində olan tələbələr üçün keçən ildən təhsil kreditlərinin verilməsinə başlanıb. Hətta Təhsil Nazirliyində tələbə təhsil kredit mərkəzləri də yaradılıb. Azərbaycan Respublikasının Elm Haqqında Qanununun 33.10-cu maddəsində Doktorantura pilləsi üçün də təhsil kreditlərinin verilməsi müəyyən olunub. Prezidenti İlham Əliyevin 9 avqust 2016-cı ildə təsdiq etdiyi Azərbaycan Respublikasının Elm Haqqında Qanununda artıq bu işə dair konkret müddəalar öz əksini tapıb".

Komitə sədri deyir ki, Azərbaycan cəmiyyətində təhsil kreditləri deyərkən yalnız ödənişli əsaslarla oxuyan tələbələrin təhsil haqqını ödəmək üçün alacaqları kreditlər nəzərdə tutulur: "Doğrudur bu kreditlərin içərisində təhsil haqqını ödəmək üçün müəyyən olunan kreditlər xüsusi yer tutur. Amma təhsil kreditləri geniş anlayışdır. Yəni, təhsil haqlarını ödəmək üçün lazım olan vəsaitdən başqa eyni zamanda təhsil alanın doktorantura, bakalvr pilləsində təhsil alan minimum yaşayışı üçün tələb olunan vəsaiti, kirayə haqqını, yataqxana haqqını təhsil dövründə kitabxana yaratmaq üçün alacağı kitabları və s.-ni əhatə edir.

Və 3 il ərzində, 4 il ərzində doktorantın və ya bakalavrın alacağı krediti ona şərait yaradır ki, sonra işlədiyi illərdə, 10 il ərzində geri qaytara bilsin. Bu Azərbaycanda təhsilin inkişafına, elmin inkişafına böyük fayda verə biləcək addımdır. İnanıram ki, bu işin böyük perspektivi var. Bu elmə, təhsildə istedadlı gənclərin özünə yer tapmasına özünün töhvəsini verə biləcək".


Xəbəri paylaş

8018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___