Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Ən güclü xlorla yudum, heç nə olmadı" Zibillikdən 300 yaşlı kilim tapdı - VİDEO
Tarix: 07-09-2016 | Saat: 20:46
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Ən güclü xlorla yudum, heç nə olmadı" Zibillikdən 300 yaşlı kilim tapdı - VİDEO

Tərtər rayon sakini Aybəniz Məmmədova məişət tullantılarının atıldığı yerdən tarixi qədim olan bir kilim tapıb.

"Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, Aybəniz Məmmədova kiminsə yararsız bilərək tullantı hesab etdiyi kilim onun diqqətini çəkdiyinə görə həmin əşyanı götürməli olub: "Günorta saatlarında işdən qayıdarkən kilimi burada arasında zibil dolu gördüm və çox xoşuma gəldi. Bildim ki, atılıb, heç kəsə lazım deyil, götürdüm".

Tərtər rayon Tarix Diyarşünaslıq muzeyində bərpaçı işləyən Aybəniz Məmmədova qədim əşyanı işlədiyi müəssisəyə təhvil verir. Amma öncə kilimin üzərindəki bəzi çirkabları təmizləyərkən maraqlı bir faktın şahidi olur. Ən güclü yuyucu maddədən istifadə etsə də, qədim əşyanın rəngini itirmədiyini görür: "Ən güclü xlorla yudum. Heç nə eləmədi".

Yaşlı nəslin nümayəndələrinin bildirdiyinə görə, kilimin tarixi qədimdir. Onun "Qarabağ" çeşnisi üzərində toxunduğu bildirilir.

Tərtər Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov isə deyir ki, incə toxunuşlu naxışların əks olunduğu tarixi əşya artıq rayon Tarix Diyarşünaslıq muzeyində ekspont kimi siyahıya daxil edilib. "Kilimin tarixi təxminən 18-ci əsrə aiddir. İndi onunla bağlı dəqiq rəyin verilməsi üçün mütəxəssislərə müraciət edilib", - deyə Tərtər Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov vurğulayıb.

Gündüz Mürsəlovun sözlərinə görə, qədim kilim yaxın vaxtlarda inşası başa çatacaq Tərtər Tarix Diyarşünaslıq Muzeyinin yeni binasında ayrılacaq xüsusi vitrində sərgilənəcək.



Xəbəri paylaş

1 0158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___