Lənkəranda kütləvi ZƏHƏRLƏNMƏ: 56 nəfər - ŞOK VİDEO
Tarix: 06-09-2016 | Saat: 09:22
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Lənkəran rayonunun ucqar Daşdatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər daxil olub. Xəstələr son üç gün ərzində zəhərlənsələr də, yalnız bu gün xəstəxanaya müraciət ediblər. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də var.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin "Report"a verdiyi açıqlamaya görə, zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O hazırda nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib.
Xəstəxanadan verilən məlumata görə, hazırda xəstələrə zəruri tibbi yardım edilir və onların bir qismi sabah səhər evə buraxılacaq.
Xəbəri paylaş
7418 dəfə oxunub.
Digər xəbərlər

7-05-2015, 15:51
Kreditlərinin hansı məzənnə ilə qaytarılması üçün iclası keçirilib.
2-08-2016, 14:47
DİQQƏT! Ayda 80-100 manat ödəməklə mənzil ala biləcəksiniz
22-03-2017, 23:20
Məşhur gözəllər İstanbulda - Fotolar
22-07-2015, 12:03
Azərbaycanda korrupsiya cinayətlərinin sayı açıqlandı
27-03-2015, 11:03
Azərbaycan tarixi qızıl qazandı – VİDEO
1-11-2017, 10:16
Avtoritetlər niyə sevilir?
29-01-2019, 10:57
Bu gün intensiv yağış yağacaq
3-11-2017, 10:03
Millinin baş məşqçisi kim olacaq?
8-02-2022, 11:54
Məktəblər bağlanacaq? - Rəsmi cavab