Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağı qaytarın, yoxsa... – ermənilərin ikinci aprel qorxusu
Tarix: 05-09-2016 | Saat: 20:24
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

Qarabağı qaytarın, yoxsa... – ermənilərin ikinci aprel qorxusu


Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı aparılan danışıqlarda səngimələrin olması ermənilərin qorxularına səbəb olub.

"Xəbəraz.az " Publika.aza istinadən xəbər verir ki, erməni politoloq David Ovannisyan Qarabağın qaytarılmasında müharibə variantının yenidən gündəmə gələ biləcəyini hesab edir.

“Bütün beynəlxalq oyunçuların diqqəti yenidən Suriyada cəmləşib və bu Qarabağ ətrafındakı vəziyyəti ikinci plana salır. Belə olan təqdirdə biz ikinci “dördgünlük müharibə” ilə qarşılaşa bilərik. Hansı ki, sürətli hücum Ermənistan ordusunun və daxili siyasətinin boşluqlarla dolu olduğunu göstərdi. Ermənistan daxilindəki vəziyyət Azərbaycanın xeyrinədir. Digər tərəfdən, Qarabağla bağlı danışıqların dayanması da Ermənistanın zərərinə işləyir”, - deyə o bildirib.

Erməni politoloq dolayısı ilə ərazilərin qaytarılması ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib. Əks təqdirdə o, yeni müharibə ilə üz-üzə qalacaqlarını, bu dəfə itkilərin daha böyük olacağını vurğulayıb.

Qeyd edək ki, apreldə “dördgünlük müharibə”dən sonra erməni ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının tərəfdarı kimi çıxış edir. Rəsmi İrəvan bunun əksini sübut etməyə çalışsa da, Ermənistanda “Region” tədqiqatlar mərkəzinin direktoru Laura Baqdasaryan bunun əksini ortaya çıxarıb.

Ötən həftə erməni mediasına açıqlama verən Laura Baqdasaryan erməni cəmiyyətinin Qarabağla bağlı güzəştə hazır olduğunu deyib. (http://publika.az/p/148349).

Onun sözlərinə görə, Qarabağ məsələsi erməni cəmiyyəti üçün dördüncü, beşinci yerdə idi: “Əsas diqqət həmişə daxili problemlərə yönəlmişdi. Aprel döyüşlərindən sonra isə cəmiyyət ordudakı səhvlərdən danışmağa başladı. İnsanlar anladılar ki, Qarabağda baş verən hər-hansı hadisə Ermənistan üçün itkidir. Cəmiyyət Qarabağ münaqişəsinin nizama salınmasının mümkün variantlarını müzakirə etməyə başladı”.

L. Baqdasaryan hesab edir ki, hazırda erməni cəmiyyəti müharibədə döyüşməmək üçün Qarabağı güzəştə getməyə razıdır.


Xəbəri paylaş

1 0318 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___