Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xalq artistinin vəziyyəti ağırdır
Tarix: 05-09-2016 | Saat: 17:21
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər

Xalq artistinin vəziyyəti ağırdır

Xalq artisti Muxtar Maniyevin vəziyyəti ağır olaraq qalır.

"Xəbəraz.az " bildirir ki, M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, aktyor hazırda Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsində müalicə alır:

"Həkimlər əllərindən gələn edirlər ki, onun vəziyyəti normallaşsın. Qan azlığı var, bu gün qan köçürüləcək. Amma huşu yerindədir. Hələ ki, palataya köçürülməkdən söhbət getmir. Ola bilsin, bu həftə ərzində reanimasiya şöbəsində saxlanılsın".

M. Maniyevin səhhəti sentyabrın 2-də pisləşib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.


Xəbəri paylaş

5768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___