Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Təhsillə bağlı yeni qanun layihəsi hazırlanıb
Tarix: 05-09-2016 | Saat: 09:07
Bölmə:Karusel / Təhsil | çapa göndər

Təhsillə bağlı yeni qanun layihəsi hazırlanıb

Tarix: 5 Sentyabr 2016 / 08:55

Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi Milli Məclisin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

O bildirib ki, qanun layihəsi üzərində Təhsil Nazlirliyi, ekspertlərlə birgə ciddi iş aparılır: “Qanun layihəsinin ilkin variantı artıq hazırdır. Yəqin ki, ilkin variant Elm və təhsil komitəsinin iclasında müzakirə olunduqdan sonra Milli Məclisin payız sessiyasının gündəliyinə çıxarılacaq”.

Deputat vurğulayıb ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar nəticəsində məktəbəqədər hazırlıq üçün çox münbit şərait yaranıb: “2013-cü ildə təhsilin inkişafı ilə bağlı Milli Strategiya təsdiq edilmişdi. Sənəddə əsas istiqamətlərdən biri də məktəbəqədər təhsil məsələsi idi. Bu gün Təhsil Nazirliyi bu sahədə böyük işlər görüb. Ona görə də qanunvericilik bazasının daha da möhkəmləndirilməsi üçün belə bir qanunun işlənməsinə ehtiyac var idi”.


Xəbəri paylaş

6358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___