Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin: “Ərdoğan vəziyyəti tamamilə normallaşdıra biləcək”
Tarix: 03-09-2016 | Saat: 21:13
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

Putin: “Ərdoğan vəziyyəti tamamilə normallaşdıra biləcək”

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayip Ərdoğanla görüşü zamanı Türkiyənin ciddi terror cinayətləri ilə üzləşdiyini bildirərək, hökumətin ölkədəki vəziyyəti tamamilə normallaşdıra biləcəyinə əmin olduğunu vurğulayıb.

“Biz Türkiyənin daxilindəki siyasi mühitin normalaşmasına şadıq”, - deyə Rusiya prezidenti Çinin Xançjou şəhərində başlayan “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Ərdoğanla görüşündə bildirib.

“Türkiyənin çətin vaxtlar yaşadığını, terrorçuluqla mübarizə apardığını və ciddi terror cinayətləri ilə üzləşdiyini görürük”, - deyə Putin bildirərək, Rusiyanın terrorla mübarizəyə dair mövqeyini dəfələrlə bildirdiyini qeyd edib.

“Əminəm ki, siz Türkiyədəki vəziyyəti tamamilə normallaşdıra biləcəksiniz, siz buna, demək olar ki, artıq nail olmusunuz”, deyə Putin qeyd edib.


Xəbəri paylaş

8388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___