Yol polisləri tıxaca səbəb olan avtomobili yoldan belə çıxardılar - VİDEO
Tarix: 03-09-2016 | Saat: 15:33
Bölmə:Karusel / Hadisə / Maraqlı | çapa göndər
Bakı-Sumqayıt yolunda son günlər sıxlıq müşahidə olunur. Bəzən isə nasaz avtomobillərin bu cür sıxlıq baş verən ərazilərdə xarab olub yolun ortasında qalması vəziyyəti daha da çətinləşdirir.
"Xəbəraz.az " bildirir ki, avtosfer.az-ın təqdim etdiyi bu videoda da belə bir mənzərə əksini tapıb. Belə ki, sentyabrın 2-də Beynəlxalq Avtovağzalın qarşısında "VAZ-2107" markalı avtomobil texniki nasazlıq ucbatından yolun hərəkət hissəsində qalıb. Sıxlıq vaxtı vəziyyəti daha da gərginləşdirən həmin avtomobili yolun tən ortasından kənarlaşdırmaq üçün əraziyə piyada şəkildə 3 yol polisi əməkdaşı yaxınlaşır. Görünür, patrul avtomobili ilə həmin nöqtəyə yaxınlaşmaq çətin olduğu üçün DYP əməkdaşları piyada hərəkət etməli olublar. Onlar dərhal "07"yə yaxınlaşaraq onu yoldan çıxarırlar. Zabitin göstərişi ilə serjantlar maşını itələyib sağ tərəfdəki təhlükəsizlik adacığına çıxarırlar. Bununla da yolda avtomobillərin hərəkəti qismən normallaşır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin yol polisləri "Ekologiya postunun" əməkdaşları olub.
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

15-04-2022, 11:44
Azərbaycanda COVID-19 pasportu ləğv ediləcək?
6-10-2019, 12:37
Cəbhədə bu gecə də silah səsləri susmadı
1-06-2018, 10:36
“Mənə dəli deyənin nəslini…” - Elza Seyidcahan
29-10-2016, 19:03
Bəstəkar hüquqşünas Vüqar Əhmədi təbrik etdi: "Vüqar çox obyektiv bir professor kimi"
13-04-2015, 22:25
Dünyanın ən gənc anasın, Tanımayanlar tanısın
24-09-2015, 23:48
Bakıda “erməni turist”i - VİDEO
13-06-2016, 21:40
Avro-2016-nın gözəlləri - Foto
8-01-2022, 12:03
Küləkli hava nə vaxta qədər davam edəcək?
22-02-2017, 15:24
Türkiyədə mühüm qərar - Orduda hicab