Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə İŞİD-in kimyagəri tutuldu
Tarix: 01-09-2016 | Saat: 17:20
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Türkiyədə İŞİD-in kimyagəri tutuldu

Türkiyənin Qaziantep şəhərində terrorçu İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatı nəticəsində terror hücumu hazırlamaqda şübhəli bilinən 3 nəfər tutulub.

Report xəbər verir ki, Türkiyə ərazisində "səs-küylü" terror törətməyi planlaşdırdıqları üçün axtarışda olan Talha Güneş, Abdulmutalip Demir və onun həyat yoldaşı Qamza Demir saxlanılıb.

Məlumata görə, onlar terrorçu qruplaşmanın kimyagəri və bomba hazırlayanlarıdır.

Şübhəlilərin evlərində aparılan axtarış zamanı 20 kiloqram partlayıcı (TNT- tri-nitrol-toluol) maddə, intihar kəməri, 3 qumbara və bir tapança aşkarlanıb.

Türkiyə Daxili İşlər Nazirliyi terror fəaliyyətinə görə barələrində axtarış elan edibmiş. Abdulmutalip Demirlə bağlı məlumat verənə 600 min Türk lirəsi (200 min ABŞ dollarından bir az çox), Talha Güneş haqqında informasiya verənə isə 300 min lirə (10 min dollardan bir az çox) pul mükafatı ayırılıbmış.


Xəbəri paylaş

6538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___