Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dəhşətli qətli ETİRAF etdilər: "Skoçla bağladıq, atdıq dərəyə, betonladıq" - VİDEO
Tarix: 31-08-2016 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Dəhşətli qətli ETİRAF etdilər: "Skoçla bağladıq, atdıq dərəyə, betonladıq" - VİDEO

2013-cü ildən itkin düşmüş hesab edilən Elnur Hümbətovun qətlində təqsirləndirilən şəxslər danışıb. "Xəbəraz.az " Region TV-yə istinadən xəbər verir ki, faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Elnur Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümbətov, Ramil və Elnur Əsirov qardaşları tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslər polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırmalar zamanı məlum olub ki, qeyd edilən şəxslər cinayətin izini itirmək məqsədi ilə meyiti Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Saxlanılan şəxslərdən Ramil Əsirov deyib ki, Elnuru öldürəndən sonra üstünü betonlayıblar: "Suraxanıdan keçirdik, gördük ki, o da yoldadır, bizim maşına oturdu, getdik Qalaya. Bir gün qaldıq, səhərisi söhbət elədik. Elvinlə söhbət edəndə mən ayaqyoluna keçdim. Elvinə müqavimət göstərdi, Elvin onu yerə yıxdı, boynundan tutdu, mən də ayaqlarından tutdum. Fuad dedi ki, get balış götür. Mən balış götürməyə gedəndə Elmir bayıra çıxmışdı, yox idi, qorxmuşdu. Mən çatanda uje boğulmuşdu, ölmüşdü. Skoçla bağladıq, atdıq dərəyə, üstünə beton tökdük".

Müğənni Aygün Bəylərin qardaşı isə qətlin törədilməsində iştirak etmədiyini deyib: "Mən səhər gəldim, məni dükana göndərdilər ki, skoç alım. Qayıdanda yolda Elmiri gördüm, götürüb evə apardım. Gəldim bağa, gördüm ki, öldürüblər, mən də evə getdim. Axşam Ramil zəng vurdu ki, gəl, apar bizi evə. Bir az qum qalmışdı həyətdə, onu da yaydıq həyətə. Ramili götürüb getdim".

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.

Qeyd edilən fakta bağlı Surraxanı rayon prokuroroluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.



Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
16-08-2015, 14:16 Elçin Cəfərov-Əziz Atam

bütün xəbərlər
____ Instagram ___