Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda DƏHŞƏTLİ OLAY: ölənlərin sayı 6-ya çatdı - SİYAHI - YENİLƏNİB
Tarix: 31-08-2016 | Saat: 10:27
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Azərbaycanda DƏHŞƏTLİ OLAY: ölənlərin sayı 6-ya çatdı - SİYAHI - YENİLƏNİB

Bu gecə Bakı-Quba-Rusiya sərhədi magistral yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. "Xəbəraz.az "-ın məlumatına görə, magistralın 44-cü kilometrliyində, Sumqayıt şəhəri yaxınlığında "Wolksfagen Passat" markalı, 99 DZ 632 dövlət qeydiyyat nişanlı və "VAZ 2102" markalı, 60 BS 663 nömrəli iki avtomobilin toqquşması nəticəsində vəfat edən şəxslərdən dördünün kimliyi artıq müəyyənləşdirilib. Hadisə zamanı "VAZ 2102"ni idarə edən 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlu ilə sərnişini, 1982-ci il təvəllüdlü Məmmədova Arifə Yunis qızı, eləcə də onun avtomobilində olan 30-35 yaşlı qadın ilə 35-40 yaşlı kişi ölüb. Həmçinin "Wolksfagen Passat"ı idarə edən 1976-cı il təvəllüdlü Bayramov Elyar Yunis oğlu və sərnişini, 1982-ci il təvəllüdlü Rəhimov Ramil Adil oğlu da xəstəxanada vəfat edib.

Bildirilir ki, qəzaya səbəb "Wolksfagen Passat"ın digər avtomobilin yoluna çıxması olub.


Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****

23:41

Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

"Xəbəraz.az "-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Məmmədov Elnur İsfəndiyar oğlunun və şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.


Xəbəri paylaş

2 0618 dəfə oxunub.

Digər xəbərlər
27-04-2016, 17:59 Bakıda "bomj" qırğını

bütün xəbərlər
____ Instagram ___