Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şərlənib türməyə salınan məşhurun qızı: “Polislər cibinə…” - FOTOLAR
Tarix: 31-08-2016 | Saat: 10:01
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Şərlənib türməyə salınan məşhurun qızı: “Polislər cibinə…” - FOTOLAR

Əməkdar artist Sevda və bacısı Elmira Ələkbərzadələr ataları, məşhur jurnalist və yazar Çingiz Ələkbərzadə barədə maraqlı açıqlamalar verib.

"Xəbəraz.az " Publika.aza istinadən xəbər verir ki, Xəzər Televiziyasının “Rezonans” verilişində hər iki bacı həbsxana həyatı yaşayan ataları ilə bağlı xatirələrini bölüşüblər.

E. Ələkbərzadə göz yaşlarını saxlaya bilməyib: “Atamı kolxoz həyatını işıqlandırmaq üçün Şamaxıya dəvət etdilər. Atam rayonda restoranda oturub çörək yeyərkən polislər onu yaxalayıb. Pencəyini çıxarıb stula asıbmış. Salfetə bükülmüş 400 manat pulu pencəyininin cibinə qoyub, çıxarıblar və deyiblər ki, bu pulu rüşvət almısan. Onu şərləyib türməyə saldılar. Atam ona höm oxunmayana qədər elə bilirdi başına gələnlər yuxudu”.

E.Ələkbərzadə onu da bildirib ki, atasını babası, xalq yazıçısı Əbülhəsəninin ölümündən 40 gün keçəndən sonra həbs ediblər.

Bacıların dediyinə görə, ataları həbsxanada ikən nənəsi Şöhhrət xanım bu acıya döziməyərək dünyasını dəyişib. Ç.Ələkbərzadə 3 il həbsdə yatandan sonra, 1988-ci ildə ulu öndər Heydər Əliyevin köməkliyi ilə həbsdən azad olunur.

”Atama bunu yaşadanlar görəsən, indi necə yaşayır?” deyə sual edən Sevda atasının sözlərinə “Salam Allahım” adlı mahnı bəstələdiyini deyib.

Qeyd edək ki, xalq yazıçısı Əbülhəsəninin oğlu Çingiz Ələkbərzadə uzun illər Dövlət Televiziyasınının günün ekranı xəbərlər proqramında jurnalist kimi fəaliyyət göstərib. Durğunluq illərində onun tənqidi çıxışlarından qəzəblənən siyasi qüvvələr yazarı şərləyərək həbs etdiriblər.

Ç.Ələkbərzadə “Zindan mənim ahımdır”, “Çılpaqlı”, “Qumarbaz” və digər kitabları ilə məşhurdur.

Şərlənib türməyə salınan məşhurun qızı: “Polislər cibinə…” - FOTOLAR

Şərlənib türməyə salınan məşhurun qızı: “Polislər cibinə…” - FOTOLAR

Şərlənib türməyə salınan məşhurun qızı: “Polislər cibinə…” - FOTOLAR

Şərlənib türməyə salınan məşhurun qızı: “Polislər cibinə…” - FOTOLAR


Xəbəri paylaş

8958 dəfə oxunub.

Digər xəbərlər
22-04-2015, 12:00 Bakı-Quba yolunda yenilik

bütün xəbərlər
____ Instagram ___