"Ulduz" stansiyası - dövlətin unutduğu ərazi... - Foto
Tarix: 30-08-2016 | Saat: 21:38
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Sakinlər əsas nəqliyyat vasitəsi kimi metro və marşrut avtobuslarından istifadə etdiyi üçün stansiya çıxışlarında olan dayanacaqlarda sıxlıq yaşanır.
Havaların isti keçməsi avtobus gözləyən vətəndaşları kölgəlik axtarmağa vadar edir. Bunun üçün də ən yaxşı yer təbii ki, dayanacaqlardır. Di gəl ki, bəzi yerlərdə vəziyyət fərqlidir.
Məsələn, metronun "Ulduz" stansiyasının çıxışındakı dayanacaqda arzuolunmaz mənzərə hökm sürür. Taksi sürücüləri avtomobillərini avtobusların yerində saxladıqları üçün avtobuslar da on metrlərlə uzaqda dayanmalı olurlar. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.
Dayanacağın önünü və ətrafını taksi və şəxsi minik maşınları zəbt edib. Marşrut avtobusları buna görə dayanacağa yaxın dura bilmir. Yolun qarşı tərəfində isə ümumiyyətlə dayanacaq yoxdur. Bu isti günlərdə avtobus gözləyən vətəndaşlar günün altında dayanmalı olurlar.
Sürücülər deyirlər ki, onların bu məsələdə günahları yoxdur: "Biz dayanacaq tikən, düzəldən, təyin edən deyilik ki... Bizim nə günahımız var? Gətirsinlər buraya dayanacaq qoysunlar, biz də avtobusu orda saxlayaq. Yolun digər tərəfində olan dayanacaqda isə saxlayırıq. Sadəcə bir az aralıda dayanmalı oluruq. Çünki taksilər həmişə orada dayanır. Dava salası deyilik ki..."
Sakinlər isə deyirlər ki, ümumiyyətlə bu ərazi dövlətin yadından çıxıb: "Ulduz" deyəndə hamının ağlına bir şey gəlir - İnsan yaşamayan, yaddan çıxan ərazi. Buralarda əsasən depo, kiçik sexlər və köhnə zavodlar olduğu üçün yaşayış azdır. Amma bir az irəlidə minlərlə ailə qalır. Bakının çox qəsəbəsinə buradan avtobus yola çıxır. Lakin bura baxan yoxdur. Düşünün ki, yolun qarşı tərəfində avtobus gözləmək olmur. Keçib digər tərəfdə dayanırıq ki, yayda gün vurmasın, qışda da yağışdan islanmayaq. Avtobus gələndə qaça-qaça yolu keçirik ki, yer tuta bilək.
Dayanacaq ən xırda məsələdir. Piyada yollarına sonuncu dəfə nə vaxt asfalt çəkilib, daş düzülüb, bilinmir. Amma şəhərin elə küçələri var ki, ildə 4 dəfə pul "yemək" üçün ora asfalt çəkirlər, piyada yollarını təmir edirlər, rəngləyirlər. Bura isə dövlət tərəfindən unudulub".
Taksi sürücüləri taksi dayanacağı olmadığı üçün avtobusların yerində dayandıqlarını deyirlər. Hamı günahı kimdəsə görür. Nəticə isə birdir, bu vəziyyət hamını narazı salır. Deməli, aidiyyəti orqanlar məsələyə əncam çəkməlidirlər. (musavat.com)
Xəbəri paylaş
2 3518 dəfə oxunub.
Digər xəbərlər

18-02-2017, 10:44
Konstitusiya Məhkəməsindən ali təhsillə bağlı VACİB QƏRAR: o şəxslər pulsuz oxuyacaq
29-06-2015, 19:40
Bu xəbərdən sonra siqaret çəkməyəcəksiz VİDEO:
9-07-2015, 21:12
"Qəbələ" ilkə imza ata biləcək?
25-12-2018, 14:51
MƏHKƏMƏ NƏRMİN ŞAHMARZADƏ BARƏDƏ QƏRAR VERDİ
23-04-2017, 17:18
"O pullara heyfim gəlir" - Məlahət Abbasova Röya ilə qalmaqalı haqda
12-03-2021, 19:47
Abşeronda keçmiş məhkumdan silah götürülüb - FOTO
18-07-2016, 02:03
Ad Günün mübarək olsun Günay xanım
21-11-2021, 11:38
Azərbaycanda polis xidməti maşını ilə velosipedçini vurub öldürdü