Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Olimpiya Stadionunda toy olacaq - FOTO
Tarix: 30-08-2016 | Saat: 14:41
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Bakı Olimpiya Stadionunda toy olacaq - FOTO


"Hazırda Bakı Olimpiya Stadionuna cütlüklər daha çox evlilik təklifləri üçün müraciət edir".

"Xəbəraz.az " bildirir ki, bu haqda modern.az-a Bakı Olimpiya Stadionunun PR, Media və Tədbirlər departamentinin rəhbəri Cəmilə Mehdiyeva deyib.

Onun sözlərinə görə, toy etmək üçün müraciət edənlər çox olsa da, indiyədək reallaşan mərasim olmayıb:

"Hazırda toy müraciətləri var. Yaxın vaxtlarda stadionda toy baş tutacaq. Amma sifarişçi məlumatın mətbuata çıxmasını istəmir deyə, tarixi və onun kimliyini açıqlaya bilmərik. Həmçinin xaricdən də təkliflər alırıq".

C.Mehdiyeva stadionda azərbaycanlı yüksək çinli məmurun oğlunun toy mərasiminin baş tutmasına dair iddiaların yalan olduğunu deyib.

Toy keçirilməsi üçün sifariş qiymətlərinə gəlincə, qurum rəsmisi bunun fərdi olaraq hesablandığını bildirib:

"Biz yalnız yer veririk. Hansısa mərasimin keçirilməsi üçün məbləğ sifarişçi ilə təşkilatçı şirkət arasında fərdi olaraq müəyyən edilir".


Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___