Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Faiq Ağayev küsülü olduğu Flora Kərimovaya: "Allah ağlını alıb" - FOTO
Tarix: 28-08-2016 | Saat: 23:44
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Faiq Ağayev küsülü olduğu Flora Kərimovaya: "Allah ağlını alıb" - FOTO
Faiq Ağayev küsülü olduğu Flora Kərimovaya: "Allah ağlını alıb" - FOTO

Xalq artisti Flora Kərimovanın həmkarı Zeynəb Xanlarova ilə bağlı səsləndirdiyi fikirlərə növbəti reaksiya sənətçi Faiq Ağayevdən gəlib.

Xalq artisti Faiq Ağayev illərdir küsülü olduğu Flora Kərimovanın ünvanına ağır sözlər deyib:

"Həyatını səhv yaşayan, yolunu azmış bəndəsini cəzalandırmaq istəyəndə, Allah onun ağlını başından alır. Hər kəs Zeynəb ola bilməz...
Azərbaycan musiqisində müstəsna xidmətləri olan böyük Sənətkara həqarət etmək, adını ləkələmək - öz Xalqına sataşmaq deməkdir.
İllər öncə göstərdiyi azğın cəhdə davamdır son günlərin bu çirkin qalmaqalı. Dünənin söhbəti deyil ki. 14 aprel 2006 il, Day.az saytında dərc olunmuş müsahibədə də eynisini etmişdir."

Xatırladaq ki, F.Kərimova Z. Xanlarova haqqlnda ağır ittihamlar səsləndirib. O bildirib ki, Z. Xanlarocanın səsi yoxdur. F.Kərimova son açıqlamasında bunları deyib:
"Z.Xanlarovanın çörəyi dizinin üstündə idi. Heydər Əliyev Zeynəb Xanlarovaya çörək verdi, o isə çörəyə naxələflik etdi, çıxıb A. Mütəllimovun səsverməsində ona dəstək istədi. O dəstək üçün də A. Mütəllimov ona H. Əliyevin qardaşının evini hədiyyə verdirdi. Bu etibarsız Heydər Əliyevin zəhmətinə, onun üçün etdiklərinə belə qiymət verdi. Gedib illərdi o evdə yaşadı".

Sonra Ələkbər Tağıyevin mahnılarını oxudu və onunla da zirvəyə qalxdı. Çünki H. Əliyev cənablarının xoşu gəlirdi həmin mahnılardan ... Heydər Əliyev böyük adam idi ki, Zeynəb Xanlarovanı bağışladı. SSRİ xalq artisti adını da ona Heydər Əliyev verdirdi... O da utanmadı, arsız-arsız gedib Əziz Əliyevin evində yaşadı. Mən nə deyirəm haqlı deyirəm, düz deyirəm. Zeynəb Xanlarova ağzını açsa, Şəki məsələsini yadına salaram. Heydər Əliyev sayəsində onu Türkiyədə əl üstündə qarşıladılar. Bir sözlə Z. Xanlarovanın çörəyi dizi üstündədir".

Mirvari Nəcəf

Həmin fotonu sizlərə təqdim edirik:
Faiq Ağayev küsülü olduğu Flora Kərimovaya: "Allah ağlını alıb" - FOTO


Xəbəri paylaş

9888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___