Aygün Kazımova Almaniyada erməni təxribatının qarşısını alıb
Tarix: 28-08-2016 | Saat: 17:41
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Almaniyada keçirilən "DAF bama music Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən xalq artisti Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb.
"Xəbəraz.az "-ın məlumatına görə, müğənni konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrenib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşon səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcək.
Bu xəbər həm A.Kazımovaya, həm də komandasına konsert öncəsi böyük stress yaşadıb.
Ermənilərin planının qarşısını almaq üçün A.Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. Müğənni bildirib ki, "Sarı gəlin" Azərbaycan xalq mahnısıdır. Erməni müğənnisinin bu mahnını ifa edib, mükafat alması böyük qalmaqala səbəb olacaq. Həmçinin əlavə edib ki, ermənilər müsabiqəyə siyası don geyindirmək istəyir. A.Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi "Kele-kele" mahnısını oxuyub.
Səhnəyə çıxan A.Kazımova Azərbaycana, həmvətənlərinə və xüsusilə də, Qarabağa sevgisini yollayıb.
Qeyd edək ki, tədbirdə Ermənistanı 2 müğənni təmsil edib.
Xəbəri paylaş
7568 dəfə oxunub.
Digər xəbərlər

28-07-2015, 13:54
Toydan sonrakı ilk səhər - FOTOLAR
5-10-2018, 15:09
Sabahın HAVAsı - Külək, yağış...
24-04-2016, 12:42
Güləşçimiz Rio-de Janeyroya vəsiqə qazandı
17-09-2015, 16:12
Azərbaycan Dövlət Aqrar Universitetində “Bilik günü” qeyd olunub
13-02-2018, 21:00
“LİBRAFF” Nigar Köçərlinin ittihamlarına cavab verdi
6-11-2016, 20:40
Rusiyada azərbaycanlıların olduğu bina partladı
16-02-2017, 21:00
Mehriban Nuraydan cazibədar – FOTOSESSİYA
22-05-2015, 23:10
Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat
13-03-2021, 21:07
"Gəncədə qadın dəm qazından zəhərləndi