Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvada dəhşətli yanğın: 20-yə yaxın ölü - YENİLƏNİB
Tarix: 27-08-2016 | Saat: 12:44
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Moskvada dəhşətli yanğın: 20-yə yaxın ölü - YENİLƏNİB
Moskva şəhərində baş verən yanğında ölənlərin əksəriyyəti Orta Asiya ölkələrinin vətəndaşlarıdır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yanğın paytaxtın Altufyevo şossesi-5 ünvanında yerləşən “Peçatnıy ekspress” mətbəəsinin anbarında baş verib. Ölənlər həmin anbarda işləyən və yaşayan miqrantlardır. Yanğın onlar yuxuda olarkən başlayıb və miqrantlar tüstüdən boğulublar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi yanğın nəticəsində 17 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə xəsarət aldığını bildirib.

Olaydan bir qədər sonra anbarda yaşayanların yaxınları və qohumları olay yerinə toplaşıb. Onlardan bəziləri yaxınlarından xəbər ala bilmədiklərini söyləyiblər.

Rusiya İstintaq Komitəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

11:56

Rusiyanın paytaxtı Moskva şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, Altufyevsk şosesində anbar tipli tikilidə baş verən yanğında 16 nəfər həlak olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, yerli “Moskva” xəbər agentliyi dövlət qurumlarındakı mənbələrə istinadən ölənlərin sayının 20-ni aşdığını xəbər verib: “Binanın 4-cü mərtəbəsində, istehsalat hissəsində insanların yaşayışı üçün nəzərdə tutulmayan yerdə məskunlaşma aşkar olunub. Yanğının söndürülməsi zamanı 20-dən artıq cəsəd aşkarlanıb” – deyə mənbə bildirib.

Xilasedicilər binadan 12 nəfəri çıxara biliblər. Məlumata görə, yanğının baş verdiyi binada mətbəə fəaliyyət göstərirmiş.


Xəbəri paylaş

6168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___