Bakıda kişi arvadını çılpaq şəkilləri ilə şantaj etdi - ŞƏRƏFSİZLİK
Tarix: 26-08-2016 | Saat: 16:46
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakıda kişi arvadını az qala intihar həddinə çatdırsın. Hüquq-mühafizə orqanı əməkdaşları kişinin öz arvadını çılpaq şəkillərini yayacağı hədəsi ilə ilk dəfə rastlaşdıqlarını etiraf ediblər. Hazırda Bakının Nizami rayon prokurorluğunda bu fakt araşdırılır.
Rayon prokurorluğuna Keşlə qəsəbəsinin 30 yaşlı sakini N.C. müraciət edib.
O bildirib ki, əri (hazırda sabiq əri) – Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan əslən Qəbələdən olan F.B. qadını şəkillərini internetdə yerləşdirəcəyi ilə hədələyib. Qadın hüquq mühafizəçilərinə bu biyabırçılıq üzündən, hətta intihar etmək istədiyini belə söyləyib.
Hər şey ərinin Rusiyaya qazanc ardınca getməsindən sonra başlayıb. Rusiyaya getdikdən bir müddət sonra əri ona “Əgər sənə xəyanət etməyimi istəmirsənsə, mənə çılpaq şəkillərini göndər” məzmunlu ismarıc yazıb.
Qadın uşağının atasının sözlərinə inanıb və həqiqətən də bu şəkillərinin ərinin ona sədaqətini qorumasına yardım edəcəyinə inanaraq şəkillərini yollayıb. Amma bir müddət sonra qadına xəbər çatıb ki, əri bu şəkilləri öz tanışlarına və qohumlarına göstərir. Bunu eşidən qadın boşanma üçün ərizə verib.
Amma kişi bununla sakitləşməyib, onu şəkillərinin internetdə yerləşdirəcəyi ilə hədələməyə başlayıb. (Sputnik)
Xəbəri paylaş
1 2378 dəfə oxunub.
Digər xəbərlər

2-09-2016, 13:11
Bakıda gitaraçı sükan arxasında təhlükəli ŞOU göstərdi - VİDEO
9-10-2015, 13:31
YAP pulsuz efirdən imtina etdi - Rəsmi müraciət
13-04-2016, 13:09
Neft Fondu 20 milyon dollar satdı
1-04-2022, 12:04
Boyunu şaqqıldadıb sındırmaq beyin üçün təhlükəlidir - Xəbərdarlıq
11-10-2022, 12:40
"Tiktok"a VPN-lə girən Pərvin şikayətləndi;"Tiktok" mənimlə "dirəşib"
4-07-2017, 12:23
3 hərbçimizi xilas edən əsgərimizi 10 gün sonra böyük mükafat gözləyirdi... (VİDEO, FOTO)
17-09-2015, 21:33
Levon Aronyan Bakını gəzdi – FOTO
2-10-2015, 20:33
Hacı Nuran: Həkimlər təşvişdədir, ən son müalicə budur
23-05-2016, 12:17
Şimali Koreya lideri bacısı üçün ər axtarır