Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir sürücü-polis mübahisəsi: "Əlini çək ə..."
Tarix: 25-08-2016 | Saat: 12:04
Bölmə:Karusel / Hadisə | çapa göndər

Daha bir sürücü-polis mübahisəsi: "Əlini çək ə..."

Atmosferi çirkləndirən, yollarda təhlükə yaradan avtomobilləri müəyyən etmək üçün reydlər davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi və Ağstafa Dövlət Yol Polisi Bölməsi (DYPB) əməkdaşlarının birgə keçirdiyi reyddə 50 nasaz minik vasitəsi aşkarlanıb. Amma keçirilən reyddə əksər sürücülər nəticələrlə razılaşmayaraq polis əməkdaşları ilə mübahisə edib, onlardan biri hətta DYP əməkdaşı ilə əlbəyaxa da olub. Polislə razılaşmayan sürücülər avtomobillərinin normal vəziyyətdə işlədiyini, yoxlama qurğularının düzgün işləmədiyini bildiriblər.

Ağstafa DYPB-nin inspektoru Asif Qasımov son 20 gündə 300-ə yaxın avtomobil saxlandığını, bunlardan 50-də havaya buraxılan dəm qazının normadan artıq olduğunun üzə çıxdığını bildirib.

Bundan başqa, reyd zamanı 1 nəfər avtoxuliqanlığa görə saxlanılıb. Onun barəsində protokol tərtib edilərək işi məhkəməyə göndərilib.

Qeyd edək ki, reydlər ayın sonuna qədər davam edəcək.(report)



Xəbəri paylaş

6538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___