Girdiman çayının yaşıl rəngə boyanmasının SƏBƏBİ bilindi
Tarix: 24-08-2016 | Saat: 20:44
Bölmə:Karusel / Gündəm | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Girdiman çayının yaşıl rəngə boyanmasının səbəbini açıqlayıb.
Nazirlikdən verilən məlumatda bildirilib ki, İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayda suyun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib. Monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib.
Analizin nəticələrinə görə, çay suyunda baş vermiş dəyişikliyin kimyəvi və toksiki maddələrin təsirindən, yəni antropogen təsirdən olmadığı müəyyən edilib, suyun keyfiyyət göstəriciləri norma daxilində qeydə alınıb.
Mütəxəssislərin rəyinə görə, hazırda hidroloji rejim baxımından çaylarda azsululuq dövrüdür. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb, bu isə suyun yaşıl rəngə boyanması və xoşagəlməz iyin yaranması ilə nəticələnib. Yay fəslinin sonunda demək olar ki, əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq.
Xəbəri paylaş
8598 dəfə oxunub.
Digər xəbərlər

27-08-2015, 00:24
Pop kral İbrahim Tatlıses oğlu İdonu tərifləyib
26-05-2016, 18:11
Model Sevinc “biznes - woman” olacaq - FOTOLAR
27-10-2022, 11:20
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ AÇIQLAMA
4-01-2017, 13:03
Bakıda terrorçu olduğu deyilən şəxslə bağlı - Rəsmi açıqlama
3-04-2022, 10:37
Aysel Şükürova da partlayış baş verən klubda olub - Səhhəti necədir?
18-09-2015, 12:16
Ən çox “vorzakon” yetişdirmiş ölkələr – STATİSTİKA
31-01-2017, 16:31
Müsəlman ölkəsindən amerikalılara yasaq: "Olmaz!"
19-09-2021, 10:54
Abşeronda üç minik avtomobili toqquşub, biri yanıb
27-11-2018, 17:10
Deputatlar dəyəri 55 manatdan yuxarı olan hədiyyələri Milli Məclis Aparatına təhvil verəcəklər