Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İsmayıllıda qətl: Kürəkən qayınatasını öldürdü
Tarix: 22-08-2016 | Saat: 19:33
Bölmə:Karusel / Hadisə | çapa göndər

İsmayıllıda qətl: Kürəkən qayınatasını öldürdü

Hadisə ilə bağlı məlumat verən Quşencə İcra nümayəndəsi Yaşar Şirəliyev bildirib ki, cinayətə səbəb onlar arasındakı mübahisə olub.
“Bizdə olan ilkin məlumata görə,kürəkənlə qaynatası arasında rayonda mübahisə olub. Lakin mübahisədən sonra onlar rayon mərkəzindən 4 km kənarda zibil poliqonuna gəliblər. Orada kürəkən qaynatasını bıçaqlayıb. Onlar əslən Quşencədən olsalar da, burada yaşamırlar. Qaynata Bakıda, kürəkən rayon mərkəzində yaşayır. Cinayət isə kənd ərazisində baş verib. Hadisənin təfərrüatı barədə dəqiq məlumat yoxdur”.
Ölən şəxsin Roman Kərəmov Novruz oğlunun 1974-cü il təvəllüdlü olduğu bildirilir, cinayəti törədən şəxs, yənin onun kürəkəni təxminən 25-30 yaşlı Tural Həsənağa oğludur. Artıq Tural hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.

***
İsmayıllı rayonunda qohumlar arasında baş verən münaqişə ölümlə nəticələnib.

Bu gün saat 17.00 radələrində rayonun Quşencə kəndində kürəkən qayınatasına bıçaqla ağır xəsarətlər yetirərək, onu amansızlıqla qətlə yetirib. Ölən şəxsin meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa)


Xəbəri paylaş

1 3878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___