Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəlilabadda qaçırılan 17 yaşlı qız atasına zəng vurub - "Harada olduğunu bilmir" - YENİLƏNİB
Tarix: 20-08-2016 | Saat: 13:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

Cəlilabadda qaçırılan 17 yaşlı qız atasına zəng vurub - "Harada olduğunu bilmir" - YENİLƏNİB

Ötən gün Cəlilabad rayonun Boyxanlı kəndində evli kişi tərəfindən qaçırılan 17 yaşlı nişanlı qız hələ də tapılmayıb.

"Xəbəraz.az "-ın qafqazinfo-ya istinadən məlumatına görə,bu barədə qaçırılan qızın atası Eldar Dadaşov məlumat verib. O bildirib ki, qızının harada olması məsələsi hələ dəqiqləşməyib: “Rayon polis şöbəsinin əməkdaşları, başda Namiq Camalov olmaqla hamı narahatdır. Hazırda onun tapılması istiqamətində iş gedir. Polis əməkdaşları təxmin edilən ərazilərə gediblər”.



E. Dadaşov qaçırılandan sonra qızının bir dəfə onla əlaqə yaratdığını deyib: “Harada olduğunu soruşdum, bilmədiyini dedi. Dedim ki, yerini de biz gələk, ya da siz çıxın gəlin, qorxmayın, narahatlığa əsas yoxdur. Yanında kim olduğunu soruşdum, amma cavab ala bilmədim, telefon söndü. Yenidən zəng vursam da, telefon bağlı idi.

Oğlanın valideynləri də qızımın hara qaçırıldığını dediklərinə görə bilmirlər. Övladım azyaşlı olduğu üçün himayəmdədir. Tələb edirəm ki, qızım evinə qayıtsın. Nişanlısının ailəsi də hərtərəfli narahatdır. Hamımız qızımın tapılmasını gözləyirik”.

Maraqlıdır ki, Eldar Dadaşov dünən verdiyi açıqlamasında qızının Bakıya, konkret olaraq "Yeni Günəşli" qəzəbəsinə qaçırıldığını ehtimal etmişdi. Bu gün isə qızının artıq ona zəng etdiyini bildirib. Belə olan halda necə olur ki, polis bu faktın üstünü açıb, qızın harada olduğunu müəyyənləşdirə bilmir?..

***
Cəlilabad rayonunun Boyxanlı kəndində nişanlı qızın qaçırılması ilə bağlı araşdırma aparılır.


Cəlilabad Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, dünən Boyxanlı kənd sakini Eldar Dadaşov polisə müraciət edərək, 17 yaşlı qızının həmkəndlisi Quliyev Zaur Gülbağa oğlu tərəfindən qaçırıldığını bildirib. Hazırda həmin şəxsin axtarışı aparılır. Hələlik adı çəkilən şəxs tapılmayıb. İş istintaq şöbəsindədir.

**
13:25
Cəlilabad rayonunun Boyxanlı kəndində 17 yaşlı qız həmkəndlisi tərəfindən qaçırılıb.

Lent.az azvision.az-a istinadən xəbər verir ki, hadisə avqustun 18-də axşam saat 23:00 radələrində baş verib.

Qaçırılan qızın atası Eldar Dadaşov faktı təsdiqləyib. O, qızının zorla qaçırıldığını deyib:

“Hadisə qızım bacısı ilə tualetə getdiyi zaman baş verib. Əminik ki, qızım zorla qaçırılıb. Çünki qızımın ayaqqabısı hadisə yerində qalıb. 18 yaşına çatmayan şəxsin qaçırılması birbaşa adam oğurluğudur. Qızım qohumumuzla nişanlıdır və yaxın vaxtlarda toyu olacaqdı. Hazırda qızımın nişanlısı Rusiyadadır”.

E.Dadaşov qeyd edib ki, qızını qaçıran şəxs kənddə avara, tüfeyli kimi tanınır: “Qızımı qaçıran şəxsin adı Zaurdur. O, kənddə avara kimi ad çıxarıb. Bir müddət əvvəl öz qohumu ilə evli olub, sonra ayrılıb. Daha sonra xalası qızı ilə evlənib, onu da boşayıb. Həmin şəxs bu axşam qızımı qaçırıb”.

Qızı qaçırılan ata polisin hadisəyə biganə münasibət göstərdiyini söyləyib: “Hadisədən dərhal sonra polisə xəbər verdik. Ancaq Cəlilabad polisi hadisə yerinə gəlmədi. Dəfələrlə rayon polis şöbəsinə, 102 “qaynar xətti”nə etdiyimiz zənglərə baxmayaraq, onları hadisə yerinə gətirə bilmədik. Özümüz polis idarəsinə gedərək şikayətimizi bildirdik. Bundan sonra işi hansısa müstəntiqə verdilər. İşi aparan polis hazırda rayonda yoxdur. Polis hadisəyə müdaxilə etməlidir”.

E.Dadaşov qaçırılan qızını geri qaytarmaq istədiyini deyib: “Biz istəyirik ki, qızım tezliklə tapılsın. İstənilən halda qızı geri istəyirik. Oğlanın valideynləri də qızımın tapılmasını istəyirlər.

Bizə gecə saatlarında bildirdilər ki, qızı qaçıran şəxs Bakıda, “Yeni Günəşli” qəsəbəsində yaşayan bacısının evində gizlənir”.


Xəbəri paylaş

1 1578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___