Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qalatasaray”ın çempionluq estafeti: İlk hədəf “Gənclərbirliyi”
Tarix: 16-05-2015 | Saat: 18:34
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

“Qalatasaray”ın çempionluq estafeti: İlk hədəf “Gənclərbirliyi”




Bu gün Türkiyə Super Liqasının XXXII turuna start veriləcək. Xeberaz.az-in Apasport.az saytına istinadən verdiyi məlumata görə, üç gün boyunca davam edəcək turun ilk oyun günündə 3 qarşılaşma baç tutacaq.

Bitimə üç həftə qala liqada qalmaq şanslarını saxlayan “Karabükspor” artıq bütün şanslarını itirmiş “Balıkesirspor”a qonaq olacaq. “Dəmirçilər” Super Liqada qalmaq şansını davam etdirmək üçün bu oyundan mütləq qələbə ilə ayrılmalıdılar.

Günün ən önəmli qarşılaşması isə İstanbulda, “TT Arena”da oynanacaq. Çempionluq yarışında əsas rəqiblərinə nisbətən bir qədər üstünlük qazanmış “Qalatasaray” öz meydanında “Gənclərbirliyi”ni qəbul edəcək.

Sona üç tur qalmış izləyiciləri “Fənərbaxça” və “Beşiktaş”ı uyğun olaraq 3 və 4 xal qabaqlayan “cimbom” “Beşiktaş” derbisindən bir tur əvvəl büdrəmək istəmir.

Cəzalı Musleranın xidmətindən məhrum olan “sarı-qırmzılar”da hollandiyalı ulduz Uesli Sneyder 100-cü oyununa çıxacaq.

Liderin əsas izləyicisi “Fənərbaxça” isə mayın 17-də Mərsində yerli komandaya qonaq olacaq.

Çempionluğa iddialı digər komanda – “Beşiktaş” turun son oyun günündə, mayın 18-də meydana çıxacaq. Öz meydanında “Konyaspor”u qəbul edəcək “qara qartallar” “Qalatasaray” derbisi öncəsi mümkün xal itkisindən qaçmaq niyyətindədi.

Türkiyə Super Liqası
XXXII tur
16 may

“Balıkesirspor” – “Karabükspor” - 1:0
Qol: Sercan Yıldırım, 10

21:00 “Sivasspor” – “Kasımpaşa”
22:00 “Qalatasaray” – “Gənclərbirliyi”


17 may

15:00 “Kayseri Ərciyəsspor” – “Başakşəhər”
17:00 “Bursaspor” – “Qaziantepspor”
18:00 “Əskişəhərspor” – “Trabzonspor”
22:00 “Mərsin” – “Fənərbaxça”


18 may

22:00 “Beşiktaş” – “Konyaspor”
22:00 “Rizəspor” – “Akhisar Gənclikspor”



1.Qalatasaray 70
2.Fənərbaxça 67
3.Beşiktaş 66



Bombardirlər: Fernandao (“Bursaspor”) – 22 qol; Demba Ba (“Beşiktaş”) – 17; Burak Yılmaz ("Qalatasaray") - 16; Oskar Kardozo (“Trabzonspor”) - 15


Xəbəri paylaş

6328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___