Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Davudoğlunun sağ əli həbs edildi
Tarix: 19-08-2016 | Saat: 14:26
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Davudoğlunun sağ əli həbs edildi

FETÖ istintaqı çərçivəsində Əhməd Davudoğlunun xarici işlər naziri olduğu dövrlərdə “sağ əli” olan Gürcan Balıq həbs edilib.
Davudoğlunun şəxsi müşaviri olmuş diplomatın Gülən camaatı ilə əlaqədə olduğu təxmin edilir.

Qeyd edək ki, 1995-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakultəsini bitirən Gürcan Balıq 2007-ci ildə Kral Kollecində magistr təhsili alıb. 1995-ci ildən Türkiyə XİN-də müxtəlif vəzifələrdə çalışan Balıq 2008-2011-ci illərdə xarici işlər nazirinin müşaviri, 2011-2013-cü illərdə nazirin şəxsi müaşviri olub.

O, 2013-cü ilin yanvar-avqust aylarında Türkiyənin YUNESKO-da daimi nümayəndəsi təyin edilib.

Gürcan Balıqla bağlı digər maraqlı bir məqam isə Əhməd Davudoğlunun nazir olduğu dövrdə sürətli yüksəlişidir. O, Davudoğlu və Abdullah Gül ilə birgə 2013-cü ilin sentyabrında BMT toplantısında iştirak etmək üçün Nyu Yorka səfər edib.

Davudoğlu isə Gül BMT-də çıxışı etdiyi zaman Pensilvaniya ştatına gedərək Fətullah Gülən ilə görüşmüşdü. Gürcan Balıq Gülün xarici siyasət üzrə sözçüsü olmasına baxmayaraq, bu səfəri prezidentdən gizlətmişdi.


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___