Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hədə-qorxu ilə tələb etməyə görə həbs edilən jurnalitin anası hökmdən narazıdır
Tarix: 19-08-2016 | Saat: 13:59
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Hədə-qorxu ilə tələb etməyə görə həbs edilən jurnalitin anası hökmdən narazıdır


“İki oğul böyütdüm, oxutdum, diplom verdim, amma indi xəstə vəziyyətimdə, tək qalmışam. Biri müəmmalı şəkildə dünyasını dəyişdi, o biri isə həbsdədir”. Bu sözləri Zahidə Şirəliyeva deyib.

O, “7gun.az” saytının rəhbəri Cavid Şirəliyevin anasıdır. Z.Şirəliyeva hesab edir ki, oğluna qarşı ittihamlar əsassızdır və sübuta yetməyib.

Cavid Şirəliyevə qarşı irəli sürülən ittihama əsasən, o, tanışı Orucov Asif Akif oğlu ilə qabaqcadan əlbir olaraq, 2013-cü ilin iyun ayının təxminən ortalarında Xankişiyeva Şəfiqə İsmayıl qızına məxsus mobil telefona zəng vurub, ondan icarədarı olduğu Tovuz rayon Qovlar qəsəbəsindəki “Tatar” kafesində əxlaqsızlıq yuvasının olması ilə bağlı rüsvayedici məlumatlar yaymaq hədəsilə 2000 manat pul tələb edib və 700 manat pulunu Asif Orucovla birlikdə ələ keçirib.

Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə təqsirli bilinən C.Şirəliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Anası bildirir ki, oğluna qarşı ittihamlar sübuta yetirilməyib. “Caviddən şikayətçi olan Şəfiqə Xankişiyeva barədə İnsan Alverinə Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb. Onun əxlaqsızlıq yuvası saxlaması ilə bağlı 244-cü maddə ilə açılmış cinayət işi var. Şəfiqəni 2014-cü ildə saxlayıblar, sonra isə ondan istifadə edərək oğlumun əleyhinə ifadə alıblar. Belə ki, Şəfiqə Xankişiyeva saxlandıqdan sonra Asif Orucovun əleyhinə ifadə verib, Asifin ondan pul tələb etdiyini deyib. Asifin telefonunda Cavidin telefon nömrəsi olduğu üçün Cavidi də saxlayıblar. Amma sonradan məlum olur ki, iyunun 10-da Asif cəzaçəkmə müəssisəsində olub. Cavidin o qadınla ümumiyyətlə telefon danışığının olmamasını sübut edən sənədləri də məhkəməyə təqdim edilib. Vergilər Nazirliyinin istintaqından rəsmi olaraq bildiriblər ki, 2013-cü il dekabrın 30-dək Tovuz rayonunun Qovlar kəndində “Tatar” adlı kafe fəaliyyət göstərməyib və Şəfiqə Xankişiyevanın hər hansı obyekti icarəyə götürməsi ilə bağlı vergi orqanlarında məlumat yoxdur. Məhkəmə isə bütün bu sübutları nəzərə almadan oğlumu 5 il müddətinə həbsə məhkum etdi”. (bizimyol.info)

O, bildirir ki, məhkəmənin hökmündən Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilib.
azpolitika.info


Xəbəri paylaş

5928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___