Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamı bu uşaqdan danışır - Video
Tarix: 18-08-2016 | Saat: 22:51
Bölmə:Karusel / Hadisə | çapa göndər

Hamı bu uşaqdan danışır - Video

Avustun 18-nə keçən gecə Suriyada müxalifət qüvvələrinin nəzarətində olan Əl-Katerji məhəlləsində hökumət və ya Rusiyaya məxsus təyyarələr tərəfindən həyata keçirilən hava hücumu zamanı 5 uşaq yaralanıb.

"Xəbəraz.az "-ın məlumatına görə, yaralı uşaqlardan biri, 5 yaşlı Ümran Dakneşin hadisədən sonra görüntüləri yayılıb və bu, Suriyada baş verən daxili qarşıdurmanın ən dramatik şəkillərindən biri kimi dünya mətbuatında, eləcə də sosial şəbəkələrdə geniş yayılıb.

Görüntülərdə bütün bədəni toza batmış uşaq dağılmış evlərdən birindən çıxarılır və təcili tibbi yardım maşınındakı oturacağa əyləşdirilir. Ümranı xilasedən şəxs daha sonra onu avtomobildə tək qoyub digər uşaqları qurtarmağa gedir. Bu anda baş verənlərin şokunu yaşayan Ümran sakitcə ətrafı, ona baxan insanları izləyir və üzündən axan qanı görüncə əlini başına aparır. Əlinə bulaşan qana baxan uşaq heyrətlər içində qalır. O, əlini oturacağa silərək qan izlərindən xilas olmağa çalışır.

“The İndependent” qəzeti xəbər verir ki, balaca Ümran şəhərdəki “M10” xəstəxanasına aparılaraq müalicə olunub. Onun xəstəxanadan da fotosu yayılıb.

Ümran Dakneşin ailəsi haqda məlumat yoxdur.

Qeyd edək ki, Ü. Dakneşin şəklini ilk dəfə “Telegraph” qəzetinin müxbiri Raf Sanchez Tvitter hesabında paylaşıb. Şəkil qısa zaman ərzində bütün dünya mətbuatının marağına səbəb olub.



Xəbəri paylaş

8408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___