Ölkəyə gələn ərəblərin sayı 100 dəfə artdı
Tarix: 18-08-2016 | Saat: 17:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
İyul ayında Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 10 073 nəfər təşkil edib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 100 dəfə çoxdur.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu son illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı Marketinq Strategiyasına əsaslanan təbliğat işlərinin gücləndirilməsi, 2011-ci ildən etibarən BƏƏ-də təmsilçi ofisin fəaliyyətə başlaması, eləcə də 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılmasının məntiqi nəticəsidir.
Aparılan təhlil və araşdırmalar nəticəsində BƏƏ digər Körfəz ölkələri ilə birlikdə ölkəmiz üçün turizm baxımından prioritetlərdən biri olduğu müəyyən edilib və bundan sonra həyata keçirilən marketinq siyasəti və kampaniyalarının bir qismi planlaşdırılmış şəkildə sözügedən ölkələrə hədəflənib.
2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Atlantis Holidays” MMC şirkəti arasında “Körfəz əməkdaşlıq ölkələri – bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında” müqavilə imzalanıb və həmin ildən etibarən sözügedən ölkədə nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. 2011-ci ildən etibarən şirkət Körfəz ölkələrindən turistlərin cəlb olunması və ümumi turist ziyarətlərinin artırılması, turistlərin ölkəmizə səyahət etməsinin stimullaşdırılması, regionda Azərbaycanın maraqlarının şirkət tərəfindən təmsil olunması, Azərbaycanın Körfəz ölkələrində təbliğat və təşviqat kampaniyalarının təşkili, birgə tədbirlərin keçirilməsi, reklamların yerləşdirilməsi, info və press turların təşkil edilməsi kimi işlər görülüb.
Xəbəri paylaş
7548 dəfə oxunub.
Digər xəbərlər

8-06-2021, 09:07
Vatsapdan YENİLİK: Bir zəng hər şeyi HƏLL EDƏCƏK
4-03-2018, 13:25
Bu gün 20 dərəcə isti olacaq - Əvvəlki illər martda bundan da yüksək temperatur qeydə alınıb
15-04-2020, 17:42
Azərbaycanda karantin rejiminin tədricən ləğvi üçün tədbirlər hazırlanır
18-01-2023, 14:26
Rayondan Bakıya işləmək üçün gələnlər paytaxtdan çıxarılacaq? - RƏSMİ CAVAB - VİDEO
25-03-2015, 21:03
Telefonunuz sizi tanıyacaq
10-12-2022, 09:44
Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və... - Şok təfərrüat
26-05-2015, 17:41
Diqqətli olun- Bu yol bağlanacaq
19-10-2015, 16:04
Eldar Mahmudovun işdən çıxarılmasının səbəbi – Təhlil
2-07-2017, 11:34
Gənc və gözəl qalmaq istəyənlər OXUSUN!