Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamilə arvadını öldürənin qonşusu: 'Başdan xarabdır, çoxlu arvadı var' - VİDEO
Tarix: 18-08-2016 | Saat: 14:15
Bölmə:Karusel / Hadisə | çapa göndər

Hamilə arvadını öldürənin qonşusu: 'Başdan xarabdır, çoxlu arvadı var' - VİDEO

Ər hamilə arvadını öldürüb həyətində basdırdı.

"Turba ilə vurdum, doşəyin üstünə uzandırdım"

"Gördüm ki, səs-soraq gəlmir, yerə basdırıb, üstünü örtdüm"

Qətl hadisəsi paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 37 yaşlı Altay Həsənov polisə qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşı, 34 yaşlı Yasəmən Novruzovanın itkin düşməsi barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Altay Həsənovun Yasəmən Novruzovanı qətlə yetirərək yaşadığı evin həyətində basdırdığı məlum olub. Qətlə ailə münaqişəsinin səbəb olduğu güman edilir.

Kamal Mirzəyev - qonşu: "Manyak idi bu adam. Başdan xarab idi. Arvadlarının sayı-hesabı yox idi. Gərək kalkulyatorla hesablayasan".

Cəsəd ekspertlərin iştirakı ilə basdırıldığı yerdən çıxarılıb. Meyitə baxış keçirən ekspertlərin rəyinə görə, Altay Həsənov Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib. 34 yaşlı qadın qətlə yetirilərkən 4 aylıq hamilə olub.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də məhkumluq həyatı yaşamış Altay Həsənov artıq saxlanılıb.

Altay Həsənov - saxlanılan şəxs: "Əvvəl şirinliklə danışdım, sonra əsəbiləşdim. Həyətdəki turba ilə vurdum. Hamamın üstündə taxt döşəyi var idi, onu sərdim yerə, arvadı uzandırdım üstünə. Getdim paltarımı dəyişdim, gəlib gördüm ki, bundan səs-soraq gəlmir. Yerə basdırıb, üstünü bağladım".

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. (Region TV)



Xəbəri paylaş

8628 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___