Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gənclər və İdman Nazirliyi erməni idmançının hərəkətinə münasibət bildirib
Tarix: 17-08-2016 | Saat: 19:49
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Gənclər və İdman Nazirliyi erməni idmançının hərəkətinə münasibət bildirib

Gənclər və İdman Nazirliyi Ermənistan güləşçisi Artur Aleksanyan "Rio-2016" Olimpiya Oyunlarında mükafatlandırma mərasiminə üzərində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində öldürülən Robert Abadjyanın şəkli olan mayka ilə gəlməsinə münasibət bildirib.

Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova “Report”a deyib ki, müharibə şəraitində yaşamağımıza baxmayaraq, Azərbaycan tərəfi siyasi arena ilə müqayisədə heç bir vəchlə idmanın siyasiləşdirməsinin tərəfdarı olmayıb.

O, erməni idmançının avqustun 16-da etdiyi hərəkəti bu ölkənin qalib idmançıdan sui-istifadə etməsi və siyasəti idman meydançasına gətirmə cəhdi kimi dəyərləndirib: "Daim dünyaya özünün təcavüzə məruz qalmış xalq kimi nümayiş etdirməyə çalışan Ermənistan bununla da bütün dünyaya mənfur xislətini göstərdi və cılız düşüncəyə malik olduğunu bir daha subut etdi."


Xəbəri paylaş

7618 dəfə oxunub.

Digər xəbərlər
23-05-2016, 12:39 Paytaxtda qəza: Ölən var

bütün xəbərlər
____ Instagram ___