Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda ŞOK OLAY: 22 yaşlı nigeriyalı futbolçu məşqdə öldü - YENİLƏNİB
Tarix: 16-08-2016 | Saat: 11:23
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda ŞOK OLAY: 22 yaşlı nigeriyalı futbolçu məşqdə öldü - YENİLƏNİB

Zaqatalanın eyni adlı klubunun məşq zamanı qəfildən dünyasını dəyişən futbolçusu Maykl Umanyikanın meyitinin ilkin ekspertizasının nəticələri Bakıya göndərilib. Lent.az-ın məlumatına görə, nəticələr Məhkəmə-Histoloji və Məhkəmə-Kimyəvi Şöbələrdə laborator müayinədən keçiriləndən sonra futbolçunun dəqiq ölüm səbəbi müəyyən ediləcək.


“Zaqatala” klubunun prezidenti Musa Qurbanov isə Lent.az-a açıqlamasında bildirib ki, futbolçunun ölümü ilə bağlı Nigeriyada yaşayan ailəsinə məlumat verilib: “Hazırda biz Xarici İşlər Nazirliyinə müraciət etmişik. Bir sıra proseduralar var. Onlar həll edildikdən, futbolçunun meyiti ekspertizadan keçirildikdən sonra onun nəşi ölkəsinə göndəriləcək”.

Klub prezidenti onu da bildirib ki, dünyasını dəyişən futbolçunun 22 yaşı var idi və subay idi. M.Qurbanov dünən səhər futbolçu sənədlərini Miqrasiya Xidmətinə göndərmək üçün bir sıra müayinədən keçirilib, qan analizləri götürülüb.

M.Qurbanov onu da bildirib ki, “Zaqatala” klubu ötən sezon M.Umanyike ilə 1 illik müqavilə imzalamışdı. Həmin müqavilənin müddəti bu il bitibmiş. Futbolçu ilə yeni müqavilə isə hələ imzalanmayıbmış: “Bu barədə məlumatlar AFFA-da da var”.


**
15 may
“Zaqatala” futbol klubunun oyunçusu məşq zamanı ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 19-30 radələrində futbol klubunun Nigeriyadan olan, Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.

Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.

Faktı klubun prezidenti Musa Qurbanov apasport.az saytına təsdiqləyib. O bildirib ki, Maykl Umanyika bu gün günorta saatlarında vəfat edib.

"Maykl ötən mövsüm də bizim komandada çıxış edirdi. Dünən yenidən bizə qoşuldu. Bu gün isə məşq zamanı vəfat etdi. Deyiləcək söz yoxdu, danışmaq çox çətindi. O, keçən mövsüm bizdə olanda bütün müayinələrdən keçmişdi. Ancaq indi təzə gəlib. Məşqdə də belə olub. Mən özüm indi Bakıdayam. Sabah Zaqatalaya gedəcəm" - deyə, Qurbanov bildirib.

Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinəyə görə futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş

7848 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___