Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yemək, yuxu, idman, intim həyat üçün ən uyğun vaxtlar- HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ
Tarix: 13-08-2016 | Saat: 23:50
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Yemək, yuxu, idman, intim həyat  üçün ən uyğun vaxtlar- HƏKİMLƏRİN TÖVSİYƏLƏRİ

İnsanın bioloji ritmlərininin, hormonal fonun və fizioloji parametrlərinin gün ərzində dəyişilməsini nəzərə alaraq alman və ingilis alimləri ideal gün rejimi tərtib ediblər.
Belə ki, alimlərin fikirinə görə, insan 6.00-7.00 arası oyanmalıdır. Həkimlərin müşahidələrinə görə, yuxudan tez oyanan insanlar hipertoniya və ürək xəstəliklərindən daha az əziyyət çəkir. Həmçinin bu saatlarda qanda cinsi hormonların səviyyəsi yüksək olur ki, bu da intim həyat üçün ən uyğun vaxt sayılır.
7.30-8.00 səhər yeməyi üçün ən optimal vaxtdır.
8.30-10.00 günəş vannaları üçün ən optimal vaxt sayılır. Bu saatlarda günəş insan sağlamlığına yalnız müsbət təsir edir.
12.00 qədər çəkinmədən istədiyiniz qidaları yeyə bilərsiniz. Belə hesab olunur ki, 12.00 qədər qəbul etdiyimiz hətta ən kalorlu qidalar bədən çəkisinin artmasına səbəb olmur. 12.00-dan sonra qidaların seçiminə qarşı daha diqqətli olun.
13.00-13.30 günorta yeməyi üçün ən yaxşı vaxtdır. Həzm sistemi çox fəal işləyir və qida daha tez və asan həzm olunur.
13.30-14.00. Bu saatlarda insan ağrını daha az hiss edir. Bundan istifadə edib, məsələn, diş həkiminə gedə bilərsiniz.
16.00-18.00 idman vaxtıdır. Araşdırmalar göstərib ki, məhz bu saatlarda idman məşğələləri daha effektli olur.
18.00-19.00 ayaqqabı almaq üçün ən uyğun vaxtdır. Məsələ burasındadır ki, axşama yaxın insanın ayağı bir qədər şişir, 1 ölçü böyüyür. Nəticədə səhər saatlarında aldığınız ayaqqabı hər axşam ayağınızı sıxacaq.
21.30-22.30 yuxuya getmək üçün ən uyğun vaxtdır.

Saglamolun.Az


Xəbəri paylaş

1 0328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___