Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Kösem”də Fahriye Evcenin yerinə o olacaq - Fotolar
Tarix: 13-08-2016 | Saat: 16:56
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

“Kösem”də Fahriye Evcenin yerinə o olacaq - Fotolar

Bütün dünyada 300 milyon tamaşaçı tərəfindən izlənilən “Muhteşem yüzyıl- Kösem” serialının yeni mövsüm hazırlıqları davam edir.
"Xəbəraz.az " xəbər verir ki, yeni aktyor komandası ilə 4-cü Murad dövründən bəhs edən ekran işi FOX TV-də yayımlanacaq.

Bu günlərdə prodüser Timur Savcı ilə kanal rəhbərliyi arasında müqavilələrin müsbət istiqamətdə irəlilədiyi öyrənilib.

Mətn Akdürgerin 4-cü Muradı canlandıracağı serialda Farah Zeynep Abdullahın Fahriye Evcen üçün düşünülən rolu canlandıracağı ortaya çıxıb. Serialın digər qəhrəmanları önümüzdəki həftə dəqiqləşəcək.

Həmçinin, serialın çəkilişlərinin 1 sentyabrda başlayacağı gündəmə gəlib, ancaq dekorasiyaların olduğu “TEM Studiyaları” söküləcək. Bu səbəbdən çəkilişlər sentyabrın ortasından start götürəcək.

Tarixi serial xaric satışları nəzərə alaraq ilkin olaraq 39 bölümlə ekrana gələcək. Daha sonra isə reytinq göstəriciləri və satış miqdarına görə, ekran işinin taleyi həll olacaq.


Xəbəri paylaş

7088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___