Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Batumidə azərbaycanlıların başına iş gəldi - Turizm əməkdaşları pulları kazinoda uduzdu
Tarix: 12-08-2016 | Saat: 21:09
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Batumidə azərbaycanlıların başına iş gəldi - Turizm əməkdaşları pulları kazinoda uduzdu
Azərbaycanlı turistləri Batumidə aldadaraq çətin vəziyyətə qoyan turizm şirkətlərinin əməkdaşları yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri məlumat verib. O qeyd edib ki, aldadılan 50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana qayıdıblar.

“İnTravel” şirkətindən verilən məlumata görə isə, həmin iki şəxs Batumiyə səfər üçün onlara müraciət edib. Şirkət öz növbəsində həmin tursitləri "Ray travel" və "Altur" turizm şirkətlərinə yönəldib və onlar ümumi turist qrupuna daxil edilib. “İnTravel” şirkətindən həmçinin qeyd ediblər ki, həmin iki turistə Azərbaycana qayıtdıqdan sonra təzminat ödəniləcək.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıblar.


Xəbəri paylaş

6648 dəfə oxunub.

Digər xəbərlər
3-03-2016, 10:13 3 mart TARIXDƏ BU GÜN

bütün xəbərlər
____ Instagram ___