Dünyanın möcüzə çayı - Yerba Mate
Tarix: 11-08-2016 | Saat: 01:59
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
İldən-ilə dünyada Yerba Mate çayının pərəstişkarlarının sayı artır.
Axar.az xəbər verir ki, bu çay Paraqvay pirkalının xırda doğranmış yarpaqlarından hazırlanır. Uruqvay, Argentina, Braziliya və Paraqvayın əhalisi artıq minillərdir ki, bu faydalı çaydan içir.
Mate yorğunluğu aradan qaldırır, bədəni enerji ilə təmin edir, əhval-ruhiyyəni yüksəldir. İnsan orqanizminin fizioloji funksiyalarının harmonik tənzimləməsi, xəstəliklərin profilaktikasında və hətta müalicəsində Yerba Matenin tutarlı potensiala malik olduğunu müəyyənləşdirən bir çox ciddi tədqiqatlar barədə son dövrdə məlumatlar çoxalır.
Mateyə yaranmış böyük maraq və rəğbət bu çayın müxtəlif adlarla dünyanı sürətlə fəth etdiyindən xəbər verir: Yerba mate, Mate, Mate çayı, Paraqvay çayı, Herba mate, Erva mate, Yerba, Argentina çayı və s.
Əlbəttə ki, söhbət eyni bitkidən və çaydan gedir. İstehsal olunduğu əraziyə görə Mateni bir neçə iri qrupa ayırırlar: ən böyük və məşhur qrup hesab olunan Argentina qrupu, bundan sonra Uruqvay və Paraqvay qrupları.
Sözügedən çayın hazırlanmasında hər bir ölkənin özünəməxsus fəlsəfəsi və ənənəsi mövcuddur. Bu, əsasən yarpaqların üyüdülməsi ilə əlaqədar olsa da, içkinin dad və ətrinə iqlimin, torpağın münbitliyi və padubun yetişdirilməsi də təsirsiz ötüşmür.
Son dövrlərdə istehsalçılar Mate brendinin rəngarəng çeşidlərini artırırlar. Burada ənənəvi klassik növlərdən başqa, alıcılara içkinin müxtəlif versiyaları: zəif kofeinli, yumşaq və ya əksinə, tünd növlər təklif olunur.
Avropa, Avstraliya, Asiya və Şimali Amerikada məşhur olan Matenin müxtəlif növ otlar və meyvələrlə qatqılı növləri də mövcuddur.
Burada həmçinin premium sektorunun seleksiya növləri və ekoloji təmiz plantasiyalarda yetişdirilən orqanik Mateni də qeyd etmək olar.
Tərkibində tiamin (B1), riboflabin (B2), pantotenik turşusu (B5), piridoksin (B6), kalsium, dəmir və maqneziumu birləşdirən bu faydalı çay hazırda dünyanın ən böyük istehsalçılarının maraq dairəsindədir.
Xəbəri paylaş
7168 dəfə oxunub.
Digər xəbərlər

10-10-2021, 11:06
İran Azərbaycan ərazisinə girmişdi: 44 günlük savaşın daha bir sirri - TƏFƏRRÜATLAR
10-06-2023, 12:08
Şagirdləri gəzməyə aparan bu sürücülər CƏRİMƏLƏNƏCƏK
2-07-2017, 22:58
Hər atanın oğluna öyrətməli olduğu 8 şey (SİYAHI)
4-08-2017, 00:48
"Bu cinayəti törədən layiq olduğu ağır cəzanı almalıdır" - Deputat
9-11-2021, 13:33
Valideynlərin NƏZƏRİNƏ: Noyabrın 10-u saat 11:00-dan etibarən
5-03-2020, 14:08
Ermənilər ayağa qalxdı: Qarabağda “Azərbaycanı istəyirik” sədaları – Paşinyanın şok planı
14-04-2016, 13:35
Nalbandyan-“Bu, Azərbaycana da sirr deyil”
1-09-2017, 17:41
Şəmkirdə gənc oğlanın gözünü qıza görə kor elədilər - Foto
17-04-2017, 14:47
Bu il doğulan körpələrdən 424-ü əkizdir - Demoqrafik vəziyyət AÇIQLANDI