Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putin Sarkisianı qəbul elədi
Tarix: 10-08-2016 | Saat: 20:43
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin Sarkisianı qəbul elədi
“Ermənistanın Avrasiya iqtisadi birliyinə qoşulması onun iqtisadiyyatına müsbət təsir göstərib”.

RİA-Novosti-nin məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin avqustun 10-da Moskvada ermənistanlı həmkarı Serzh Sarkisianla görüşdə deyib.

Sarkisian da bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.

Vladimir Putinin sözlərinə görə Ermənistan bu birliyə qoşulduqdan sonra, bu ölkədə daxili məhsulun həcmi 10 faiz artıb.

Vladimir Putin qeyd edib ki, Rusiya ilə Ermənistan ardıcıl şəkildə müttəfiq münasibətləri qurur, beynəlxalq arena və MDB məkanında əməkdaşlıq edirlər.

Öz növbəsində Sarkisian ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsinin 12 faiz, Ermənistandan Rusiyaya ixracın isə 90 faiz artdığını bildirib.

İkitərəfli münasibətlərə gəldikdə isə Sarkisian, iki ölkə arasında elə bir ciddi problem olmadığını və bütün məsələlərin operativ şəkildə həll olunduğunu deyib.


Xəbəri paylaş

8268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___