Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR
Tarix: 10-08-2016 | Saat: 20:22
Bölmə:Karusel / İdman | çapa göndər

 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR

Bu il Beynəlxalq Olimpiya Komitəsi ilk dəfə olaraq qapılarını qaçqınların üzünə açıb. 10 nəfərdən ibarət mühacirlər komandasında ən çox diqqət çəkən isə üzgüçü Yusra Mardinidir. Həm gözəlliyi, həm mühacir olması ilə diqqət çəkən üzgüçü həyat hekayəsi ilə artıq dünya mətbuatının gündəmini zəbt edib.

Y.Mardini bacısı Sarah ilə birlikdə Suriyanın ən yaxşı üzgüçülərindəndir. O, suriyalı xristian bir ailənin uşağı olaraq dünyaya gəlib. Dəməşqdə böyüyüb. 18 yaşlı Yusra və bacısı uşaq yaşlarında üzgüçülüyə maraq salıb. Atası da üzgüçü olduğu üçün ən böyük dəstəkçisi o olub. Suriya Olimpiya Komitəsinin dəstəyi ilə üzgüçülük təhsili alıb. 2012-ci ildə Suriyanı dünya üzrə keçirilən çempionatda təmsil edib.

Lakin Suriyada döyüşlər başladıqdan sonra bacılar idman ilə əlaqədar xəyallarını bir kənara buraxmaq məcburiyyətində qalıb. Vəziyyətin getdikcə çətinləşdiyini görən Yusra bacısını da yanına alaraq Suriyadan Türkiyə gəlib. Oradan isə qayıqla Yunanıstana getməyə çalışsa da, bu istəyi o qədər də asan başa gəlməyib.

Bacılarla yanaşı, 18 nəfərin də içərisində olduğu qayığın Egey dənizi sahillərində mühərriki xarab olub. Özü kimi üzgüçü olan bacısı Sarah ilə birlikdə Yusra təxminən 4 saat boyunca mühacirlərin olduğu qayığı Midilli adasına qədər üzdürüb. Həmin vaxt iki adam daha suya girib, onların etdiyinin eynisini edərək qayığın üzməsini kömək edib. Onlar birlikdə mühacirlərin həyatını xilas ediblər.

Başına gələn olaydan danışan Yusra bildirib ki, qayıqdakılardan biri boğulsaydı, çox utanarmış: “Yolda ölə bilərdim. Onsuz da ölkəmdə ölmüş kimi idim. Üzgüçü olaraq suda ölsəydim, özümdən utanardım. Qayıqdakılardan biri boğulsaydı, yenə də utanc hissi yaşayardım”.

Yunanıstandan Almaniyaya getmək isə gənc üzgüçünün tam 1 ay vaxtını alıb. O, səbirlə ölkələri gəzib və nəhayət, Almaniyaya çatıb. Berlində tanış olduğu misirli bir tərcüməçinin köməyi ilə Almaniyanın məşhur klublarından biri olan "Wasserfreunde Spandau 04"-də məşq etməyə başlayıb. Yusra qısa zamanda əzmi sayəsində məşqçilərin diqqətini cəlb edib və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya hazırlaşmağa başlayıb.

Daha sonra müəllimləri onu Olimpiadada yer alacaq mühacir komandası üçün seçib. Yusra “Rio-2016”-nı həyatında dönüş nöqtəsi sayır. O, Almaniyada artıq təhsil də alır.

Onun valideynləri də Suriyadan Almaniyaya gedərək qızlarının yanında məskunlaşıb: "Bütün qaçqınları təmsil etmək istəyirəm. Çünki hər kəsə acıdan, fırtınadan sonra sakit, gözəl günlərin gələ biləcəyini göstərmək istəyirəm. Kimsənin xəyallarından imtina etməməsini, ürəyindən gələni dinləməsini istəyirəm. Nələr olacağını əsla bilə bilməzsiniz. Heç vaxt dayanmayın, mübarizə etməkdən imtina etməyin. Mənim kimi bir şansa sahib ola bilərsiniz, ya da o şansı özünüz yarada bilərsiniz. Suriya üçün darıxmışam. Əgər bir gün Suriyada döyüş bitsə, bütün bu təcrübələrim və hər şeylə birlikdə geri dönüb, hər kəsə bunları öyrədəcəyəm".

Qeyd edək ki, bu gün saat 20:02-də qadınların 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük mübarizəsinə start veriləcək. O, 7 idmançı - Fatimə Alkərəmova (Azərbaycan) Aminat Şajan (Maldiv adaları), Nikol Marijay (Albaniya), Ana Sofia Nobreqa (Anqola), Yovana Terziç (Monteneqro), İnes Remersaro (Uruqvay) və Estella Fils Rabetsara (Madaqaskar) ilə yarışacaq. 16 ən yaxşı göstəriciyə malik üzgüçü 05:12-də başlanacaq yarımfinala yüksələcək.
 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR

 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR

 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR

 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR

 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR

 18 nəfəri ölümdən xilas edən mühacir olimpiadaçı: “Suda ölsəydim...” - FOTOLAR


Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___