Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə
Tarix: 09-08-2016 | Saat: 03:17
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə

Şirkətin adı: Unibank KB

Yerləşmə: Bakı

Sektor: İnformasiya Kommunikasiya Texnologiyaları /Bank

Vəzifə: Bank sistemlərinin proqramlaşdırılması qrupunun Mütəxəssisi

Departament: Proqramlaşdırma departamenti

Müqavilə şərtləri: Daimi

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.

Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər

• Bankın fəaliyyətinin müxətlif istiqamətlərinin avtomatlaşdırılması üçün texniki tapşırığa müvafiq olaraq proqramların, sistem utilitlərinin, servislərinin və digər sistem proqram təminatlarının işlənib hazırlanması;
• Proqramlaşdırma bölməsinin əməkdaşları tərəfindən işlənib hazırlanmış proqramların dəstəklənməsi və müşayiət edilməsi.

Namizədin Profili

• Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
• Rus və Azərbaycan dilləri üzrə mükəmməl, ingilis dili üzrə orta səviyyədə biliklər (sənədləri oxuyub başa düşəcək səviyyədə)
• Oracle PL/SQL ilə minimum 2 il iş təcrübəsi
• SQL Tuning sahəsi üzrə biliklər
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Ünsiyyət bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 06.09.2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Bank sistemlərinin proqramlaşdırılması qrupunun Mütəxəssisi) göstərməyiniz xahiş olunur.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___