“Övladlarıma verilməli olan pulu ala bilmirəm” - Şəhid xanımı
Tarix: 05-08-2016 | Saat: 22:54
Bölmə:Karusel / Hadisə | çapa göndər
Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçimiz polkovnik-leytenant Raquf Orucovun ailəsi diqqətsizlikdən və etinatsızlıqdan şikayətlənib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə məlumatı Femida.az-a açıqlamasında şəhid polkovnikin həyat yoldaşı Sevinc xanım verib. Onun sözlərinə görə, həyat yoldaşı şəhid olduqdan sonra uşaqları üçün verilməli olan aylıq müavinəti hələ də ala bilmir. Şəhidin həyat yoldaşı hətta aidiyyatı qurumların onu get-gələ saldığından da şikayətlənib.
“Mən bu sözləri cəmiyyət arasına çıxarmağa utanıram. Ancaq məni məcbur etdilər. Yoldaşım şəhid olandan bəri bir nəfər də olsun məmur bizimlə maraqlanmayıb. Sadə xalqdan başqa heç kim qapımızı döyməyib. Mən bunu ona görə deyirəm ki, arxamdan bir dağı, bir əzizimi itirmişəm. Raquf necə hərbçi olubsa, onu tanıyanlar yaxşı bilir. O Milli Qəhrəman adına layiq olsa da, o adı vermədilər. Bütün olanları, haqsızlıqları keçdim. Ancaq, bunun iki azyaşlı övladı var. Bu övladlara verilməli olan pul niyə indiyə kimi verilmir? Məni 4 aydır qapılarda süründürürlər. Halbuki, bunu mən etməli deyiləm. Aidiyyatı qurumlar özləri bu işi həll etməlidir. Bir neçə gün bundan qabaq Sosial Müdafiə Nazirliyində oldum. Orada məlum oldu ki, Müdafiə Nazirliyi lazım olan sənədləri onlara tam tərkibdə göndərməyib. Ölüm haqqında şəhadətnamə və digər sənədləri Müdafi Nazirliyi onlara təqdim etməyibsə, necə uşaqlara pensiya kəsə bilərlər?
Bir daha deyirəm ki, bu hərəkət mənim yoldaşımın adına yaraşmır. Ayıbdır belə söhbətlə gündəmə gəlmək. Ancaq nə edim? Özüm ali təhsilli hüquqşünasam. Hazırda işsizəm. Mənim uşaqlarımı kim böyütməlidir? O boyda zabiti itimişik biz. Budurmu şəhid ailəsinə qoyulan hörmət?
Yoldaşım 25 il vətənə xidmət edib. Onun ayağı şəhid olana kimi çəkmədən çıxmayıb, o rahatlıq görməyib. İndi də diqqətsizlik bizi üzür. Mən Müdafiə naziri cənab Zakir Həsənovla görüşmək istəyirəm. ”
Xatırladaq ki, Polkovnik-leytenant Raqub Orucov aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub. Şəhid polkovnikin anası da Qarabağ müharibəsi zamanı şəhid olub. Atası isə artıq yaşlı olduğu üçün hərəkət etməkdə çətinlik çəkir.
Xəbəri paylaş
9248 dəfə oxunub.
Digər xəbərlər

30-07-2016, 00:21
Müğənni Xatirə onu axtarışa verdi- FOTO
15-08-2018, 12:51
Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırıldı - FOTO
15-01-2016, 19:44
Heydər Məscidində vəhdət namazı qılındı
15-08-2016, 20:44
“Facebook”dan möhtəşəm yenilik - artıq bezməyəcəksiniz
10-08-2019, 09:57
Bakıda 4 yaşlı uşaq eyvandan yıxıldı
30-11-2018, 12:48
2019-cu ilin yaşayış minimumu və ehtiyac meyarı TƏSDİQLƏNDİ
25-05-2015, 15:45
“Hamı bilir ki, o villalar kimindir” - Eldar İbrahimov
24-03-2015, 22:11
Narkotik rus qızını bu hala saldı VİDEO
16-04-2018, 15:53
Silinmiş foto və videoları təkrar yükləmək mümkün olacaq - "WHATSAPP"DAN YENİ FUNKSİYA